Vuçiç Ərdoğandan kömək istədi: ABŞ və AB məyusdur
Kosovada albanlarla serblər arasında münasibətlər yenidən kəskinləşib. Hazırkı böhran aprel ayına, Kosova serblərinin yerli seçkiləri boykot etdiyi vaxta təsadüf edir. Belə ki, seçkilərdə iştirak faizi aşağı olub. Nəticəsində etnik albanlar əsasən serblərdən ibarət yerli şuralara nəzarəti ələ keçiriblər. Təbii ki, bu, köhnə düşmənçiliyi yenidən alovlandırıb. Serbiya dövlətinin müdafiə etdiyi yerli serblər davakar şəkildə küçələrə axışıb. NATO-nun 30 əsgəri serblərlə qarşıdurma zamanı xəsarət alıb.
Bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
O bildirib ki, ABŞ və AB gərginliyi azaltmağa çalışır, ancaq bu, heç cür mümkün olmur:
"Sirr deyil ki, Türkiyənin Kosova və Serbiya ilə isti münasibətləri var. Türkiyə Ukrayna ilə Rusiya arasında taxıl anlaşmasına nail olduqdan sonra Balkan ölkələrində rəsmi Ankaranın nüfuzu xeyli artıb. Artıq Serbiya Prezidenti Aleksandar Vuçiç Tayyib Ərdoğana zəng vurub. Yaranmış gərginliyin aradan qaldırlması üçün vasitəçilik etməyi xahiş edib.
Müşahidəçilər qeyd edir ki, Türkiyə iki ölkə arasında yaranmış problemin aradan qaldırlmasına yardım edə bilər. Türklər tarixən alban və serblərlərlə eyni coğrafiyanı bölüşüb. Məsələ ondadır ki, nə ABŞ, və də AB Türkiyənin Balkanlarda yenidən söz sahibinə çevrilməsini istəyir.
O da bəllidir ki, Serbiya tarixən Rusiya ilə yaxın olub. Türkiyənin Rusiya ilə xoş münasibətdə olması da bu məsələdə Türkiyənin xeyrinə işləyə bilər.
Siyasi təhlilçilər bildirir ki, indiki məqamda ABŞ-a Avropada silahlı münaqişə qətiyyən lazım deyil:
"Amerika Çinlə bağlı problemlərinə köklənmək istəyir. Ona görə də Avropada Amerikanın fikrini yayındıra biləcək münaqişənin alovlanmasından ciddi şəkildə narahatdır.
Üstəlik, Türkiyənin Balkanlarda yenidən möhkəmlənməsinə imkan yarada biləcək situasiyanın ortaya çıxması da Vaşinqtonun ürəyincə deyil".
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Aqşin Fatehə ağır itki
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq