Qanun "olar", aidiyyəti qurum "olmaz" deyir: Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilib. Müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 94, dövlət nümunəli olmayan diplom səbəbi ilə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Qeyd edək ki, hər il müvafiq dövrdə xaricdə distant formada təhsil alanların diplomlarının tanınmaması ilə bağlı problemlər ortaya çıxır.
Məsələ burasındadır ki, Azərbaycan qanunvericiliyində distant təhsil haqqında bəndlər öz əksini tapsa da, bunun işləmə mexanizmi və tətbiqi yoxdur. Yəni Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından o təhsilin bir forması kimi qəbul edilmir.
Ekspertlərin fikrincə, distant təhsilə görə diplomlar tanınarsa, tələbələr Azərbaycan universitetlərini deyil, xarici universitetləri seçəcək və ölkəmizdəki universitetlər rəqabətlə üzləşəcək. Elə bu səbəbdən də müvafiq qurumlar distant formada xaricdə təhsil alanların diplomlarını tanımır.
Bəs bu məsələ nə vaxtsa həllini tapacaqmı?
Təhsil eksperti Elçin Əfəndi Bizim.media-ya açıqlamasında bildirib ki, xaricdə təhsil alarkən vətəndaşlarımız ilk növbədə onların təhsil alacaqları universitetin dünya reytinqində yer tutması məsələsinə diqqət etməlidirlər:
"Hər il 100-110 nəfərin diplomu ilə bağlı şikayətini görürük. Qeyd edim ki, kimsə qanuni əsasla və ya dövlət proqramı ilə qəbul olunursa, onların diplomlarının tanınması ilə bağlı hər hansı problem yoxdur. Eyni zamanda tələbənin təhsil aldığı müddətdə ölkədən çıxış və giriş haqqında məlumatları vətəndaş pasportunda öz əksini tapmalıdır.
Hansısa şirkətlər vasitəsilə qeyri-qanuni və ya leqal yolla qəbul olunanların (attestatla) diplomları tanınmır.
Xaricdə distant təhsil alanların diplomlarının tanınmamasına gəlincə, "Təhsil haqqında" qanunvericilikdə müvafiq olaraq əyani, qiyabi və distant təhsil öz əksini tapıb. Hazırda onlayn təhsilin tanınması ilə bağlı ciddi problemlər görürük. Düşünürəm ki, növbəti qanun dəyişikliyində məhz bu amil də aradan qalxacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Aqşin Fatehə ağır itki
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq