Azərbaycanda velosiped niyə nəqliyyat vasitəsi ola bilmir? - AÇIQLAMA
3 iyun - Ümumdünya Velosiped Günüdür.
Velosiped bəziləri üçün idman, bəziləri üçün əyləncə, bəziləri üçün isə vacib nəqliyyat vasitəsidir. "Velosipedçilər ölkəsi" kimi tanınan Niderland əhalisinin 99,1%-i bu nəqliyyat vasitəsindən istifadə edir.
Velosipedin istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Bu nəqliyyat vasitəsi zəhərli qazlarla atmosferə zərər vermir və küçələrdə səs-küy yaratmır. Velosipeddən daha çox istifadə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını azaldır. Statistikalara görə, yol-nəqliyyat hadisələri ildə 90 min insanın ölümünə səbəb olur. Təxminən 70 milyon insan isə avtomobillərin yaratdığı səs-küydən əziyyət çəkir.
Bəs bütün dünyada rəğbətlə qarşılanan velosiped Azərbaycanda niyə tələbat görən nəqliyyat vasitəsinə çevrilə bilmir?
Bununla əlaqədar Oxu.Az-a danışan Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli düşünür ki, ölkəmizdə velosipedin nəqliyyat vasitəsinə çevrilməsinin hər kəs arzusundadır. A.Əsgərlinin fikrincə, xüsusilə Bakı kimi əhalinin sıx məskunlaşdığı şəhərdə velosipedin təkcə əyləncə vasitəsi kimi istifadəsi doğru deyil:
"Nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin kütləviləşməsi üçün ilk növbədə infrastruktur önəmlidir. Paytaxt əhalisi arasında apardığımız müşahidələr, keçirdiyimiz görüşlər, velosiped federasiyaları ilə təmaslar zamanı velosipeddən istifadə etmək istəyənlərin çoxluğu vurğulanır. Lakin bunun üçün infrastruktur tam əlverişli deyil. Biz öz növbəmizdə təhlükəsizliyin təmin olunması üçün velosiped istifadəçilərinə bu barədə çağırışlar edirik.
Velosiped nə qədər ekoloji təmizliyə, şəhərin ümumi ab-havasına, nəqliyyatın sıxlığının azaldılmasına müsbət təsir etsə də, bundan istifadənin genişlənməsi üçün ciddi addımlar atılmalıdır. Hesab edirik ki, gələcəkdə, ən azından yeni salınan şəhərlərdə yol infrastrukturunda velosiped zolaqlarının salınmasına xüsusi diqqət ayrılacaq.
Hər bir məsələnin inkişafı üçün ilk növbədə əlverişli infrastruktur olmalıdır. Fürsətdən istifadə edib velosipedsevərləri təbrik edirik. Velosipedlə hərəkəti üstün tutan şəxslərə də bu nəcib seçimə görə təşəkkür edirik. Onlardan bir xahişimiz var ki, velosiped sürərkən təhlükəsizlik qaydalarına diqqət etsinlər. Xüsusilə valideynlər övladlarına ciddi nəzarət etməli, onları təlimatlandırmalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Aqşin Fatehə ağır itki
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq