Baydeni cinsi təcavüzdə ittiham edən keçmiş işçisi Moskvaya qaçdı
Onu cinsi qısnamada ittiham edən o vaxtkı senator Co Baydenin ofisinin keçmiş əməkdaşı Tara Rid Moskvaya qaçıb.
Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
O, artıq rusiyalı təbliğatçılarla birgə mətbuat konfransında danışıb.
2020-ci il prezidentlik yarışı zamanı Rid o vaxtkı namizəd Baydeni 1993-cü ildə Senatdakı ofisində işləyərkən ona qarşı cinsi təcavüz və hücumda ittiham etdi.
Bayden Ridin ittihamlarını qətiyyətlə rədd edib: "Bu, heç vaxt, heç vaxt olmayıb"...
Baydenin keçmiş ofisinin heç bir əməkdaşı Senatdakı ofisində hər hansı cinsi qısnamanın şahidi olduğunu və ya eşitdiyini bildirməyib.
Rid mayın 30-da Moskvada 2019-cu ildə ABŞ-da 18 ay müddətinə azadlıqdan məhrum edilmiş Kremlin kəşfiyyatçısı Mariya Butinanın yanında oturub. Butina hazırda Rusiya parlamentində prezident Vladimir Putinin partiyasından deputatdır.
Rid iddia edir ki, o, Baydenə qarşı iddialarını təkrarladıqdan və sosial mediada "istənilsə, Konqresə and içərək ifadə verməyə" hazır olduğunu elan etdikdən sonra bu il ölüm hədəsi aldıqdan sonra Moskvaya gəlməyi seçib. Bununla belə, CNN Ridin həyatı üçün təhdidlərlə bağlı iddialarını təsdiqləyə bilməyib.
Butina Ridə Rusiya vətəndaşlığının verilməsi imkanlarını müzakirə edəcəyini və Putindən "onun vətəndaşlıq istəyini mümkün qədər tez təmin etməyi" xahiş edəcəyinə söz verib.
Lent.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1815 Tarix: 04 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Litva ordusu ABŞ-dən döyüş dronları alıb
Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"
7 oktyabrİran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio
İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand
7 oktyabrTramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib
ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf
8 oktyabrCümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...
Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların
7 oktyabrRus ordusu Annopolyeni işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
8 oktyabr