"Cənab prezident İlham Əliyevlə ölkəmiz bu günə kimi qarşısına qoyduğu bütün hədəflərə çatıb" - DEPUTAT
"Bu gün Ermənistan və onun havadarları 44 günlük Vətən müharibəsindən sonra yaranan reallıqla barışmaq istəmir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.
Deputat qeyd edib ki, artıq Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, gec-tez Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamaq məcburiyyətindədir:
"Bəzi qüvvələr var ki, Azərbaycanın günü-gündən güclənməsindən və regionda söz sahibi olmasından narahatdır. 44 günlük Vətən müharibəsi bizə dost kimi tanıdığımız ölkələrin əsil simasını göstərdi. Hətta deyərdim ki, Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad etməsi onları "şok" etdi. Ermənistan və havadarları düşünürdülər ki, hər uzun müddət onlar Qarabağ kartından rahat şəkildə istifadə edəcəklər. Lakin 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərimiz Ermənistanın və onun havadarlarının bu arzusunu ürəyində qoydu. Ona görə də onlar müxtəlif təxribatlarla regionda vəziyyəti gərginləşməyə çalışırlar".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevlə ölkəmiz bu günə kimi qarşısına qoyduğu bütün hədəflərə çatıbdır:
"Cənab prezident İlham Əliyevin ölkə başçısı seçildiyi gündən bu günə qədər hər bir sahədə, xüsusilə də ordu quruculuğu sahəsində gördüyü işlər və atdığı addımlar 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərimizi təmin etdi. Bu gün hər birimiz cənab prezident İlham Əliyev kimi liderə sahib olduğumuz üçün çox şanslıyıq.
Əminəm ki, tezliklə biz Nikol Paşinyanın sülh müqaviləsini imzalaması xəbərini oxuyacağıq. Artıq Ermənistan da yaxşı anlayır ki, sülh müqaviləsini imzalamaqdan başqa şansı yoxdur. Sülh müaqaviləsindən imtina Ermənistanın dövlət kimi varlığını şübhə altına ata bilər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Aqşin Fatehə ağır itki
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq