Ağamirzədən sərt sözlər: "Adlarından iyrənirəm"

Ağamirzədən sərt sözlər: "Adlarından iyrənirəm""Meyxananı bəzilərinə əmanət etdiyim üçün çox təəssüflənirəm. Baxırsan ki, qəşəng meyxana deyir. Amma nə olsun? Nə qədər yalan olar? Artıq onlara nifrət edirəm".

Olay.az yazır ki, bu sözləri meyxana ustadı Ağamirzə Məmmədov verilişlərin birində qonaq olarkən deyib. O, sənətə gətirdiyi bəzi ifaçıları ad çəkmədən sərt tənqid edib:

"Həmin adamlarla indi mən burada görüşsəm, mənə deyərsən ki, Ağamirzə yalan danışır. Telefona cavab vermirlər. Vermirsən vermə! 4 il bundan qabaq işlətdiyi nömrəni verib ayda bir dəfə açır, ya açmır. Mənə sən lazım deyilsən! Sən ulduzsan, nəsən özün üçün... Məndən bəzi dostlar xahiş edir ki, maraqlan, görək hansı günü boşdur, həmin şəxsi toyumuzda istəyirik. Mən də onlara toy üçün zəng edirəm. Nəticədə cavab vermirlər. Bizim bir dostumuz düz deyib: "Bu pul, şöhrət insana elə başağrısı verir ki, hər oğlan ona dözə bilmir".

Çoxlarının adlarını telefonumdan silmişəm, iyrənirəm. Ən yaralı yerim telefona cavab verməməkdir. Nə olsun, görən kimi "can", "başına dönüm", "qadanı alım", - deyirlər, bu sözləri təzə tapıblar. Başıma dönürsənsə, telefonuma cavab ver. Mən xalqımızdan xahiş edirəm ki, elə insanları onlar heç məclislərinə dəvət etməsinlər. Sadəcə söhbət meyxanaçılardan getmir, elə müğənnilər də var.
Məsələn, bir uşaq şəkil çəkdirmək istəyir. Elə naz edir ki. Nə olacaq axı bir şəkillə? Hərdən deyirəm, bəsirət gözüm açılsın, hərdən də deyirəm ki, yox, gözüm açılmasın.

Siz Ağasəlimdən, Kərimdən, Nizami Rəmzi, Molla Məhəmməddən artıq olmayacaqsınız. Elə meyxanaçı var ki, Kərim 6 ildir yataqdadır, bir dəfə də olsun onun yanına getməyib. Bir nəfər deyib ki, Kərimin yanına ona görə getmirəm ki, insanları tanımır. Dostumuz da ona qəşəng cavab verib ki, "o səni tanımasa da, sən ki, onu tanıyırsan". Milyonçular görmüşəm ki, indi 10 manata ehtiyacları var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1414   Tarix: 06 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr
.

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var

7 oktyabr
.

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib. "Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib. Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsin

7 oktyabr
.

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri

8 oktyabr
.

Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı barədə məlumat verilmişdi. Suyun verilişini

8 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video

Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on

7 oktyabr