Restoranda 30 manat üstündə dava: Dostunun barmaqlarını dişlədi...
Bərdə rayonu, Zümürxan kəndində yerləşən restoranda dava zamanı dostunun barmaqlarını dişləyən şəxsə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, 1984-cü ildə Bərdə şəhərində anadan olmuş Mirpaşa Həsənov (soyad şərti) restoranda hesab üstündə dostları ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib.
Belə ki, Mirpaşa, Məzahir və onun qohumu Anar restorana yemək yeməyə gediblər. Bir müddət sonra hesabı istəyiblər. Ofisiant hesabın 30 manat olduğunu deyib. Məzahir cibindən 20 manat çıxarıb, qalan 10 manatı Mirpaşanın verməsini istəyib. O, üzərində pul olmadığı üçün 20 manatı götürüb, cibinə qoyub. Məzahirə bu restoranı tanıdığını, səhər gətirib özü hesabı ödəyəcəyini bildirib. Məzahir isə ona "adımız-sanımız var, elə şey etmə", - deyib və mübahisə etməyə başlayıb.
Mübahisə söyüş səbəbindən davaya çevrilib. Mirpaşa əvvəlcə ona yumruq atan Anarla dalaşıb. O, Anarın barmaqlarını dişləyib və boynundan bıçaqlayıb. Daha sonra Məzahirin də əlindən bıçaq zərbəsi vurub.
Zərərçəkmişlərin hər ikisi Mirpaşanı bağışlasa da, məhkəmə onu təqsirli bilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1703 Tarix: 06 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azər Aydəmirə yeni vəzifə verildi
Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi
7 oktyabrSumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabrSabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var
7 oktyabrAzərbaycanda bəzi kolleclər ləğv olunacaq
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri
8 oktyabrQarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı
Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld
8 oktyabrŞəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on
7 oktyabr