Bəzi rayonlara leysan yağıb, Girdimançaydan sel keçib – FAKTİKİ HAVA
Bir sıra rayonlara leysan yağıb, Girdimançaydan sel keçib.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xidmətin iyunun 7-si saat 00:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Yevlax, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Tovuz, Balakən, Ağsu, Qəbələ, Şəki, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qırız, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
İsmayıllı rayonunun yüksək dağlıq ərazisindəki Lahıc, Ərəgit, Yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya kəndlərinə yağan leysan yağış nəticəsində Girdimançaydan sel keçib.
İyunun 6-da, saat 23:30 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar əhalini bir daha ehtiyatlı olmağa çağırırıq", - Xidmətdən bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1392 Tarix: 07 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı
8 oktyabrBir manata görə üç il həbs cəzası aldı
Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. -a istinadla xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onu
7 oktyabrAqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrŞagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...
Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna
7 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabrBakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabr