Firad Əliyev: Aşkarlanmış kütləvi məzarlıqlarla bağlı bütün hüquqi tədbirlərin görülməsi təmin ediləcək

Firad Əliyev: Aşkarlanmış kütləvi məzarlıqlarla bağlı bütün hüquqi tədbirlərin görülməsi təmin ediləcəkPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla bir qərinəyə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub. Prezidentimizin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqımızın əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri həyata keçirilir.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndləri və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan, eləcə də Şuşa həbsxanasının ərazisindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib. Həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O qeyd edib ki, Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ara-sıra qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib.

Hərbi prokurorun böyük köməkçisi bildirib ki, Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti və Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə davam etdirilir.

Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün hüquqi tədbirlərin görülməsi təmin ediləcək.
Firad Əliyev: Aşkarlanmış kütləvi məzarlıqlarla bağlı bütün hüquqi tədbirlərin görülməsi təmin ediləcəkFirad Əliyev: Aşkarlanmış kütləvi məzarlıqlarla bağlı bütün hüquqi tədbirlərin görülməsi təmin ediləcək


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1183   Tarix: 07 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəbrayılda mina partlayışı: Xəsarət alan var

İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı

8 oktyabr
.

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib. "Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib. Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsin

7 oktyabr
.

Bir manata görə üç il həbs cəzası aldı

Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. -a istinadla xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onu

7 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...

Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Bakının altı rayonunda su niyə hələ də verilməyib?

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini

7 oktyabr
.

"Kənd yumurtası"ndan embrion çıxdı: Nə etmək lazımdır? - Ekspertdən AÇIQLAMA

Mağazalarda "kənd yumurtası" adı ilə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi istehlakçılar üçün mühüm məsələlərdəndir. Yumurtanın içindən embrion çıxması onun mayalanmış olması ilə bağlı ola bilər, lakin məhsulun saxlanma şəraiti və temperatur rejimi də bu prosesə təsir göstərə bilər

7 oktyabr