Cinayət-Axtarış Şöbəsinin sabiq əməliyyatçısı ilə bağlı bəraət qərarı ləğv olundu
2,5 milyon manatlıq dələduzluqda ittiham edilən keçmiş polis əməkdaşı Elvin Həşimlinin bəraət alması ilə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə prokurorun protestini əsaslı sayıb.
Məhkəmə belə qənaətə gəlib ki, Elvin Həşimli ilə bağlı bəraət qərarı işin faktiki halları ilə uyğun gəlmir. Bu əsasla Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün baxışa təyin olunub.
Qeyd edək ki, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda ittiham olunub. İttihama görə, Elvin Həşimli zərərçəkmiş Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, onun 2,5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Elvin Həşimlinin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş protesti təmin etməyib.
Elvin Həşimli əvvəllər Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı işləyib. Sonradan daxili işlər orqanlarından xaric edilib. O, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğlu, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin kürəkənidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2266 Tarix: 07 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı
8 oktyabrBir manata görə üç il həbs cəzası aldı
Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. -a istinadla xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onu
7 oktyabrAqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrŞagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...
Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna
7 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabrBakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabr