"Məni küçədə görəndə üzr istədilər" - Çingiz Abdullayev
Xalq yazıçısı Çingiz Abdullayev onu tənqid edənlər barəsində danışıb.
Sonxeber.az Söz.az-a istinadən xəbər verir ki, Xalq yazıçısı bildirib ki, bəzən edilən tənqidlərə görə, küçədə ondan üzr istənilir:
"Mənə biri deyib ki, xalqın 99 faizi səni sevir, 1 faizi sevmir. Bəzən axmaq sözlər çıxır. Bir dəfə yazmışdım ki, Türkiyədə olanda ağlayan uşaq gördüm, nəvəmə oxşayırdı. Mən ona su verdim. Ay allah nələr yazdılar. "Sən o qədər varlısan ki, su paylayırsan", "sən kimsən ki, su verirsən". Sonra camaat küçədə məni görəndə üzr istədi ki, Çingiz müəllim, bağışlayın. Azərbaycanda belə axmaq adamlar var. Biri yazır ki, ömrümdə bir cümlə Azərbaycan dilində danışa bilmir. Düzdür, Bakı ləhcəsi ilə danışıram, anam bakılıdır. Amma daha elə də yox da. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ tarixində ən gənc xalq yazıçısıyam. İlk dəfə 46 yaşında o adı mən almışam. Nəyi sübut etməliyəm? 14 ölkənin orden, medalı var məndə. 34 dildə kitablarımı tərcümə ediblər".
Çingiz Abdullayev həmçinin ötən il jurnalistə verdiyi cavabla gündəmə gəlməsindən danışdı: "Düz demirlər, 200 min deyil, 700 minə yaxın idi. Bizə pul veriləndə qəpik-qəpik yoxlanılıb, Maliyyə Nazirliyi, Hesablama Palatası da yoxlayıb. Mən zaldan çıxanda mənə o sualı verdi. Bəlkə düz eləmədim. Amma mən dözə bilmədim. Hər bir işləyən adam bilir ki, o işə nə qədər pul xərclənib. İndi də fikirləşirəm ki, sual çox həyasız idi. Nahaq mənə o sualı verdi".
Xatırladaq ki, media təmsilçilərindən birinin ötən ilin oktyabrında AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualı Xalq yazıçısının təhqiri ilə qarşılanıb. Çingiz Abdullayev ona sual verən jurnalistə "Niyə ölmürsən, utanmırsan" deyə qarşılıq verib. Bu açıqlamasına görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1190 Tarix: 07 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azər Aydəmirə yeni vəzifə verildi
Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi
7 oktyabrSumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabrSabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var
7 oktyabrAzərbaycanda bəzi kolleclər ləğv olunacaq
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri
8 oktyabrQarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı
Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld
8 oktyabrŞəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on
7 oktyabr