Əbülfəs Qarayevin iranlı kürəkəni direktorluqdan getdi (TƏFƏRRÜAT)
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni Şahriar Maleki "Green Farm Azərbaycan" MMC-nin (VÖEN-1700495641) rəhbərliyindən gedib.
Yeniavaz.com xəbər verir ki, Matlab Musayev Şahriar Malekinin yerinə "Green Farm Azərbaycan" MMC-yə yeni direktor təyin olunub.
Qeyd edək ki, əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan "Green Farm Azərbaycan" MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "Green Farm Azərbaycan" MMC-yə 2017-ci ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.
Xatırladaq ki, Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Əbülfəs Qarayevin kürəkəni Şahriar Malekiyə məxsus olan "Colab" adlı kovorkinq mərkəzi də bu ilin mart ayından etibarən "Port Baku"da yerləşən ofis sahəsindən çıxıb.
Onu da bildirək ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə Əbülfəs Qarayevin ailə üzvlərinə məxsus şirkətlər fəaliyyət göstərir.
"GALS" MMC (VÖEN- 1701354961 ) 2012-ci ildə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 19 ünvanında təsis olunub. "GALS" sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.
Qeyd edək ki, bir il sonra - 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında Əbülfəs Qarayevin qızı Suad Qarayeva (Maleki) tərəfindən "GALS" adlı daha bir şirkət təsis olunub.
Bundan baqşa sabiq nazirin ailəsinə məxsus "SQ-Future" MMC (VÖEN-1700495641) 2004-cü ildə Səbail rayonu, Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında təsis olunub. "SQ"nin isə Suad Qarayevin baş hərflərindən ibarət olduğu bildirilir. "SQ-Future" MMC-nin qeydiyyatda olduğu Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında sabiq nazirin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) direktor olduğu "Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası" MMC də qeydə alınıb.
"GALS" adı ilə Azərbaycanda daha 3 şirkət fəaliyyət göstərir - "GALS Gallery", "GALS Beauty and Spa" və "GALS Cleaning and Supply Services" MMC. Bunlardan başqa "GALS" MMC-nin qanuni təmsilçisi olan Fətullayev Abbas eyni zamanda Nərimanov rayonu, Hacı Murad, ev 21A ünvanında qeydiyyatda olan "TM Group" MMC-nin də qanuni təmsilçisidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Aqşin Fatehə ağır itki
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər