"Bu gün vətəndaşlarımız mənəvi və maddi cəhətdən öz dövlətinə güvənir" - DEPUTAT
"Bu gün dövlətimizin əsas məqsədi vətəndaşlarımızın rahat və firavan yaşamasını təmin etməkdir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bilirsiniz ki, son bir neçə həftədir ki, Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunmaqdadır:
"Müzakirələr zamanı maaşların az olması və digər mühüm məsələlər barədə həmkarlarım fikir səsləndirir. İlk olaraq qeyd etmək istəyirəm ki, ölkəmizdə minimum əmək haqqı son 4 ildə sosial sahədə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata qaldırılıb. Eləcə də son 5 ildə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub. Əlbəttə bu son deyil. Bu gün vətəndaşın sosial rifahının yaxşılaşdırılması dövlətin siyasətində əsas prioritetlərdən biridir. Cənab prezident İlham Əliyev hər il vətəndaşların rifahının artırılması istiqamətində müvafiq qərarlar qəbul edir, sərəncam və fərmanlar imzalayır. Bu gün dövlətimizin vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq müxtəlif addımları atır. Əlbəttə mən də istəyirəm ki, vətəndaşlarımızın yüksək əməkhaqqı alsınlar. Amma unutmaq lazım deyil ki, bu gün dövlətimiz işğaldan azad olunmuş torpaqlarımızın bərpa olunmasına, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər tez qayıtmasına çalışır.Təbii ki, bunun üçün kifayət qədər böyük məbləğ lazımdır. Bu gün öz gücümüzlə Qarabağımızı bərpa edirik".
Deputat vurğulayıb ki, bu gün vətəndaşlarımız həm mənəvi, həm də maddi cəhətdən öz dövlətinə güvənir:
"Hazırda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində böyük quruculuq və abadlıq işlərinin həyata keçirilir. Amma bununla yanaşı həm də dövlətimiz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə diqqət və qayğısının da davam etdirir. Atılan addımlar, imzalanan sərəncamlar, fərmanlar göstərir ki, cənab prezident İlham Əliyevin sosial siyasətinin əsas prioritet istiqaməti vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasıdır. Əminəm ki, dövlətimizin bu istiqamətdə addımları davam edəcək, yaxın vaxtlarda maaş və pensiyalar, müavinətlar yenidən artırılacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər