Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiyada növbəti iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiyada növbəti iclası keçirilibMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiyada növbəti iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 5 məsələ daxil edilib.

Komitə sədri bildirib ki, onlardan ilk 3 məsələ 2023-cü ilin dövlət büdcəsinin dürüstləşdirilməsi ilə, 4-cü məsələ 2022-ci ilin dövlət büdcəsinin icrası ilə, sonuncu məsələ isə Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır.

Gündəliyin təsdiqindən sonra iclasda birinci 3 məsələnin - "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrin təqdimatları və müzakirəsi birgə keçirilib.

Qanun layihələri barədə fikirlərini açıqlayan Tahir Mirkişili 2023-cü ildə dünyada iqtisadi proqnozlarda baş verən dəyişikliklərdən danışıb. Dünya iqtisadi proqnozlarında iqtisadi artım templərinin zəifləməsi tendensiyasından söz açan komitə sədri dövlətlərin sərt monetar və fiskal siyasət yürütmək, uçot dərəcələrini qaldırmaq məcburiyyətində qalmalarını qeyd edib. Sərt monetar və fiskal siyasətin ÜDM-ə, iqtisadi artım templərinə təsirlərindən danışan komitə sədri 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmaların gözlənildiyini bildirib. Lakin bütün bunların fonunda baxılan dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırılır. Komitə sədri vurğulayıb ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək.

Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov büdcə gəlirlərindəki artımların strukturu barədə məlumat verib və xərclərdəki dəyişiklikləri şərh edib. Nazir müavini son dürüstləşdirmələr və aparılan korrektələr barədə danışaraq, bildirib ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 780,5 milyon manat, xərcləri isə 36 milyard 569,8 milyon manat təşkil edəcək. Azər Bayramov bildirib ki, bu dəyişikliklər büdcə qaydasının tələbləri üzrə müəyyən edilmiş yuxarı həddə təsir etməyəcək.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda sosial iqtisadi inkişaf, makroiqtisadi proqnozlar və inflyasiya ilə bağlı danışaraq bildirib ki, ötən ilin qeyri-müəyyənliklə müşayiət olunması proqnozlaşdırmaya da təsirini göstərib. Qlobal iqtisadi və siyasi böhranların proqnozlarda dəyişikliklərə gətirib çıxardığını deyən nazirin birinci müavini bütün bunların dünyada və Azərbaycanda inflyasiyanın artmasına təsir göstərdiyini vurğulayıb. Cari ildə ölkədə ÜDM-in real artım tempi 1,8 faiz, inflyasiya isə 10,4% proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin inflyasiya proqnozuna aydınlıq gətirən Elnur Əliyev idxal olunan inflyasiyanın azaldılması imkanları barədə fikirlərini bölüşüb.
Sonra Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli İqtisadiyyat Nazirliyinin büdcədən kənar gəlir və xərclərinin formalaşması barədə şərh verib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata yaxın təşkil edəcək. Bu əlavə tələb olunan 4 milyon manat vəsait fondun büdcəsinin əvvəlki ildə istifadə olunmamış qalığından maliyyələşəcək.

Sosial müavinətlərlə bağlı dəyişikliklərin strukturunu açıqlayan nazir müavini İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılması barədə də məlumat verib. O bildirib ki, artım İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək. Təklif olunan dəyişikliklər haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması, məşğulluğun təmini tədbirlərinin həyata keçirilməsi istiqamətində xərclərin artımları üçün nəzərdə tutulur.
İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov 2023-cü ilin dövlət büdcəsinin layihəsinin birinci və ikinci oxunuşu arasında edilən müəyyən dəyişikliklərin palatanın əvvəlki rəyinə təsir etmədiyini bildirib.

Hesablama Palatasının sektor müdiri Zaur Vəliyev Büdcə xərclərinin planlaşdırılması, Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) ilə bağlı islahatların bəzi məqamlarını, aktual məsələlərini diqqətə çatdırıb.

Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Əli Məsimli, komitə üzləri Vüqar Bayramov, Vahid Əhmədov, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Aydın Hüseynov çıxış ediblər sənədlərdəki dəyişiklikləri müsbət qiymətləndiriblər. Təklif olunan dürüstləşdirmədə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinin, Böyük Qayıdış Proqramının icrasının, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasının prioritetdə saxlanılmasını təqdirlə qarşılayıblar. Deputatlar büdcə gəlirlərinin artımında dayanıqlığın təmini üçün qeyri-neft sektorunun potensial imkanlarından istifadənin əhəmiyyətindən danışıblar, idxal olunan inflyasiyanın azaldılması, əməkhaqqılarının artırılması, regionlarda işsizlik probleminin həlli ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.
Komitə sədri Tahir Mirkişili, maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev səslənən fikirlərə münasibətlərini bildiriblər, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.
Hər üç qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli
Məclisin iclasına tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili bildirib ki, 4-cü məsələ olan "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşdadır və layihəni səsverməyə təqdim edib.

Sənəd üçüncü oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.
.Komitə sədri 5-ci məsələnin - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) "Tullantılar haqqında" Qanuna uyğunlaşdırma xarakteri daşıdığını bildirib. Qeyd edib ki, layihəyə görə, ölkənin gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı tutulacaq.

Sənəd ikinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.

İclasda Milli Məclisin deputatları Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 723   Tarix: 08 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı barədə məlumat verilmişdi. Suyun verilişini

8 oktyabr
.

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar

8 oktyabr
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

7 oktyabr
.

Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...

Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna

7 oktyabr
.

Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR

Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu

8 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr