Komitə sədri: "Bu il Azərbaycanda ÜDM-in artım tempi azalacaq"
Bu il bütün dünyada və Azərbaycanda ÜDM-in artım tempinin azalması gözlənilir.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.
Onun sözlərinə görə, ÜDM-in artım tempinin Azərbaycanda aşağı olması məntiqə uyğundur: "Bu dünyada gedən prosesdir. Amma bu büdcə daxilolmalarına təsir edən amillərdən biridir".
T. Mirkişili bildirib ki, dünyada baş verən proseslər fonunda Azərbaycanda büdcə gəlirləri 3 milyard manatdan çox artırılır: "Ölkəmizin qarşısında çox ciddi çağırışlar var".
Qeyd edək ki, Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü il üzrə ÜDM-in nominal həcmi 111,6 milyard manat (ilkin proqnoz 106 milyard manat idi), real artım 1,8 % (2,7 %) səviyyəsində qiymətləndirilir.
O cümlədən qeyri-neft ÜDM-nin nominal həcmi 77,7 milyard manat (ilkin proqnoz - 73,3 milyard manat), real artım 4,9 % (4,5 %) səviyyəsində proqnozlaşdırılır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6 % təşkil edib, o cümlədən qeyri-neft sektoru 9,1 % artıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 611 Tarix: 08 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüksək bal toplayan müəllimlər direktor ola biləcək
"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib
28 aprelSabah hava yağıntılı olacaq
Aprelin 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəy
28 aprel"3 yaşlı uşağım bağçada ağlayanda bıçağı qızdıraraq əlinə basıb" - Video
Bakıda üç yaşlı uşağın Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qaldığı iddia olunur. "Qafqazinfo" Xəzər TV-yə istinadən xəbər verir ki, azyaşlının valideyni Aygün Adıgözəlova bağçanın tərbiyəçi-müəlliminin bıçağı qızdıraraq uşağın əl nahiyəsin
28 aprelBu yol müvəqqəti bağlanır - Sürücülərin nəzərinə!
Sabah saat 00:00-dan Bakının Müzəffər Nərimanov küçəsindən Araz küçəsinə qədər olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət təmi
27 aprelBu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb. Qaynarinfo xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir v
28 aprelAlimlərdən sensasion araşdırma: Quşlar tirannozavrların sirrini açır
Tədqiqatçılar müasir heyvanların davranışlarının onların qədim əcdadlarının davranışları ilə oxşar olub-olmadığını sübut etməyə çalışırlar. "The Guardian" nəşrinə istinadən xəbər verir ki, alimlər quşların davranışı barədə məlumatlardan istifadə edərək tirannozavrların düşüncə proseslərin
27 aprel