Azərbaycanda uşaq bağçasında DƏHŞƏT - VİDEO
Qubada uşaq bağçası-körpələr evində ilanlar aşkarlanıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində yerləşən 17 saylı uşaq bağçası-körpələr evində baş verib. Uşaq bağçası-körpələr evinin tavanında bir neçə ilan aşkar olunub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov məsələ ilə bağlı məlumatlarının olduğunu və problemin həlli üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb: "Bir neçə gün öncə bağça rəhbərliyi və tərbiyəçilər ilan görüblər. Düşünürük ki, bu, mövsümlə bağlıdır. Dərhal tərəfimizdən aidiyyəti üzrə məlumat verilib. Bundan sonra Elm və Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat idarəsi tərəfindən uşaq bağçası-körpələr evi iki dəfə xüsusi dezinfeksiya olunub. Bundan sonra həmin ərazidə ilan müşahidə olunmayıb. Lakin valideynlərin narazılığını və narahatçılığını nəzərə alaraq bağçanın tavan və döşəməsinin əsaslı təmirinə qərar verilib. Artıq aidiyyəti üzrə tikinti idarə tərəfindən baxış keçirilib. Sabahdan artıq təmir işlərinə başlanılacaq".
O, həmçinin deyib ki, həmin bina 1946-cı ildə inşa olunub. Binanın dam örtüyü dəyişdirilib və bir neçə dəfə əsaslı təmir işləri aparılıb. Növbəti illərdə bağça üçün yeni inzibati binanın tikintisi nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3948 Tarix: 08 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə
7 oktyabrŞagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...
Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna
7 oktyabrNaxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu
8 oktyabrAqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabr"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin
7 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabr