Qazaxıstanda meşə yanğınları FHN rəhbərinin işdən qovulması ilə nəticələndi

Qazaxıstanda meşə yanğınları FHN rəhbərinin işdən qovulması ilə nəticələndiQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə günlərdir davam edən meşə yanğınları fonunda Yuri İlini Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsindən azad edib.

Bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə İlin Yuri Viktoroviç Qazaxıstan Respublikasının fövqəladə hallar naziri vəzifəsindən azad edilib", - deyə məlumatda bildirilir.

Hazırda Qazaxıstanın şərqindəki Abay rayonunda meşə yanğınları davam edir. Təbii fəlakətin sahəsi bir gün əvvəl 60 min hektara çatıb.

Tokayev hökumətə fəlakətin miqyasının böyüməsinin qarşısını almaq, vətəndaşların və onların əmlakının təhlükəsizliyini təmin etmək üçün bütün mövcud texniki və insan resurslarından istifadə etməyi tapşırıb.

Bundan əvvəl Abay rayonunda yanğın zamanı ölən 3 nəfərin meyiti tapılıb. Onların şəxsiyyəti müəyyən edilməyib. Qurbanlar helikopterdən aşkar edilib. Lakin alov güclü olduğundan onlara yaxınlaşmaq mümkün olmayıb.

Xatırladaq ki, İlin 2020-ci ilin sentyabrından Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edirdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 856   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq

ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri

12 iyul
.

"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək

Amerikanın "SpaceX" şirkəti iyulun 16-da "Starship" kosmik gəmisinin prototip raket daşıyıcısının yeni sınaq buraxılışını həyata keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki məlumatında bildirilir. "Starship"i

12 iyul
.

Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamad

12 iyul
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13 iyul
.

KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb

Ehtimal olunur ki, İran bir sıra nüvə obyektlərində infrastrukturun bərpası işlərinə başlayıb. xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə əsaslanaraq məlumat yayıb. Telekanalın məlumatına əsasən, iyunun sonu və iyulun əvvəllərində ölkənin bir neçə nüvə və raket obyektində yeni fəallı

12 iyul
.

Yerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?

Müəllifləri Ceykob Hakk-Misra və Erik Vulf olan, "JGR Atmospheres" elmi jurnalında dərc edilmiş araşdırmada beynəlxalq alimlər qrupu Yer kürəsinin gələcək təkamülünü modelləşdirərək belə nəticəyə gəlib ki, təxminən 1,9 milyard ildən sonra planetin səthində orta temperatur 65C-yə çata bilər

13 iyul
.

Bir-iki fincan, ya daha çox? - Həkim qəhvənin qan təzyiqini kəskin artıran miqdarını açıqlayıb

Qəhvənin orqanizmə təsiri onun istehlak miqdarından birbaşa asılıdır. xəbər verir ki, bu barədə rusiyalı kardioloq və tibb elmləri namizədi Valentina Baydina nəşrinə verdiyi müsahibədə danışıb. Həkim orqanizmə mənfi təsir göstərə biləcək qəhvə miqdarını açıqlayıb. Valentina Baydina bildirib ki, çox miqdard

12 iyul
.

Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb

Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu

12 iyul
.

Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür

Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, ən riskl

12 iyul