Rusiya mediası Paşinyanı təhqir etdi: "Öz xalqına uduzan əsir götürülmüş lider"

Rusiya mediası Paşinyanı təhqir etdi: "Öz xalqına uduzan əsir götürülmüş lider"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistanın baş naziri Nikol Paşinyan da qatıldı. Rusiya mediası erməni baş nazirin bu səfərini aşağılayıcı, türk mediası isə yeni dövrün başlanğıcı kimi qiymətləndirir.

Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması soydaşları və diaspordan çox Rusiya cəmiyyətində, mediasında mənfi reaksiya doğurub. Rusiyanın dövlət mediası səfərlə bağlı yazılarda baş naziri hər vəchlə aşağılamağa çalışır. Təhqir kampaniyası neçə gündür ki, davam edir. Rusiya mediası baş nazirin Ankarada hörmətsiz formada qarşılandığını vurğulayır. Rusiyanın əksər dövlət nəşrləri erməni baş naziri aşağılayan fotolar və məlumatlar dərc ediblər.

Sonxeber.az xəbə verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Türkiyə Ermənistanla həmişə güclü mövqedən danışacaq"

Rusiya mediasında yer alan bir sıra məlumatlara diqqət yetirək. Məsələn, "Nezavisimaya qazeta" yazır ki, Ərdoğanın andiçmə mərasiminə gələn mötəbər qonaqları sadalayarkən Paşinyanın adını çəkməməsi Ankaraya səfəri rüsvayçılıq kimi qiymətləndirənləri daha da qəzəbləndirib: "Bu təbəqə Qarabağda 44 günlük müharibədəki məğlubiyyətdə Türkiyənin əvəzsiz roluna görə bu hərəkəti qəbuledilməz hesab edir. Onların fikrincə, Ərdoğanın sonrakı sərt bəyanatları, Türkiyənin Ermənistanla güclü mövqedən danışmağa meyilli olması münasibətlərin yaxşılaşması istiqamətində yaxşı heç nə vəd etmir". Rusiya mətbu orqanları səfərlə bağlı əks fikirlər paylaşan şəxslərin mövqelərini də dərc etməyə çalışır. Bura "Alternativ layihələr" qrupunun üzvü, politoloq Vahe Ovannisyanın sosial şəbəkə səhifəsində yazdığı fikirlər də daxildir. Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı vəziyyət orta əsr ənənələrini xatırladır: "O zaman qalib öz xalqına uduzan tərəfin əsir götürülmüş liderini nümayiş etdirərək hərbi uğurlarını qeyd edirdi".

Erməni politoloq Armen Xanbabyan isə əks fikirdədir. Onun sözlərinə görə, Türkiyə Ermənistanla həmişə güclü mövqedən danışacaq, çünki daha güclüdür. Ankara üçün İrəvanla münasibətlərin normallaşması arzuolunandır, lakin o qədər də əhəmiyyətli amil deyil. "Ermənistan hakimiyyətinin əleyhdarları Paşinyanın səfərindən onu ittiham etmək üçün bəhanə kimi yararlanıblar. Onların fikrincə, İrəvan belə addımlar atmamalıdır. Paşinyanın əleyhdarları üçün hakimiyyətin istənilən hərəkəti sərt və çox vaxt əsassız tənqid üçün bəhanəyə çevrilir", – A.Xanbabyan deyib. Onun sözlərinə görə, bu dəfə Paşinyanın rəqibləri onun son 30 ildə Türkiyə paytaxtına səfər edən ilk erməni lideri olmadığını xatırlamamağa üstünlük verirlər: "Hələ 1993-cü ildə, birinci Qarabağ müharibəsinin qızğın vaxtında ovaxtkı prezident Levon Ter-Petrosyan mərhum həmkarı Turqut Özalın dəfn mərasimində iştirak edib. Heç kim bunun xəyanət olduğunu düşünmürdü". Yeri gəlmişkən, baş nazirin Türkiyə prezidentinə andiçmə mərasimi münasibətilə xalça hədiyyə etdiyi bəlli olub. Xalçanın üzərində türkcə naxışlı yazı var.

"Səfər heç bir nəticə verməyəcək"
Rusiya mediası yazır ki, Paşinyanın səfəri Ərdoğanla münasibətləri normallaşdırmağa əsas olmayacaq. Xanbabyan da vurğulayıb ki, Paşinyanın səfərinin İrəvanla Ankara arasında münasibətlərin normallaşmasında ciddi rol oynayacağına inanmağa dəyməz. "Ermənistan-Türkiyə münasibətlərinin səviyyəsi bundan sonra da Ermənistan-Azərbaycan dialoqunun gedişindən asılı olacaq. Lakin ola bilsin ki, üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı sazişi həyata keçirmək mümkün olsun. Bu, Rusiya pasportuna malik ermənilərin üçüncü ölkələrdən yan keçərək Türkiyəyə daxil ola bilməsi deməkdir", - deyə Rusiya mediası Xanbabyanın sözlərini sitat gətirib.

Paşinyan Oskanyanı da qəzəbləndirib

Paşinyan səfəri ilə keçmiş diplomatları da qəzəbləndirib. Keçmiş XİN rəhbəri Vardan Oskanyan hesab edir ki, Ankarada Paşinyan erməni xalqını deyil, özünü təmsil edib. "Əgər Paşinyanın minimal diplomatik bacarığı olsaydı, o zaman erməni tərəfi heç olmasa müharibədən yayınardı. Paşinyan başa düşmədi ki, zəlzələdən sonra Türkiyəyə yardım göstərməklə və Ərdoğanın andiçmə mərasimində iştirak etməklə Ermənistan-Türkiyə münasibətlərinin həlli baxımından Türkiyənin rəğbətini qazana bilməz", - deyə Oskanyan əlavə edib.

"Türklər savaşmağı bildiyi qədər barışı da bilən bir millətdir"

Türk mediası isə Paşinyanın Ankaraya səfərini müsbət qiymətləndirib. "Bu səfərlə bütün dünyaya "Türklər savaşmağı bildiyi qədər barışı da bilən bir millətdir" mesajı verildi", - deyə türk mediası yazır. "Paşinyanın Ankaraya gəlişi onun ölkəsi üçün sülh və ləyaqətli yaşam axtarışında olduğunu göstərir. Ermənistandakı kəskin qruplaşmalara baxmayaraq, onun bu cəhddə uğur qazanıb-qazanmayacağını bilmirik. Amma bacararsa, tarixi nifrətin əsiri olan Ermənistanın da taleyini dəyişə bilər", - deyə türk mediası yazır.

"Qarşıdakı dövrdə Türkiyənin xarici siyasətinin kritik məsələlərindən biri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması olacaq", - deyə "Milliyet" yazır. "Nikol Paşinyan andiçmə mərasimində iştirak etməklə iki xalq üçün çox böyük əhəmiyyət kəsb edən addım atıb. Bu addımların atılması həm ermənilər, həm Azərbaycan, həm də türk milləti üçün yaxşı şeylərin xəbərçisidir", – məqalədə bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1628   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb

İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır. xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib. Məlumat

6 oktyabr
.

İrəvan və Yeni Dehli Pinaka Mk-II raketlərinin istehsalını müzakirə edirlər

Ermənistan və Hindistan Ermənistanda "Pinaka Mk-II" raketlərinin istehsalını və yığılmasını təşkil etmək imkanlarını müzakirə edirlər. xəbər verir ki, bu barədə Hindistanın IDRW hərbi portalı məlumat verib. Qəzetin məlumatına görə, mümkün razılaşma iki ölkə arasında hərbi-sənaye əməkdaşlığınd

7 oktyabr
.

ABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində

6 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

İstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib

6 oktyabr
.

Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"

"Bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunurlar". "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-c

8 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba

7 oktyabr
.

Rusiya Ukraynaya dron və raketlərlə zərbələr endirib, azı səkkiz nəfər həlak olub

Rusiya çərşənbə günü Ukraynaya dron və raket hücumu nəticəsində ən azı səkkiz nəfər həlak olub, yaşayış binalarına, sənaye müəssisələrinə və infrastruktura ziyan vurub. Ukrayna rəsmiləri bildiriblər. Reuters-ə istinadən xəbər verir ki, rəsmilər bildirib ki, paytaxt Kiyevdə iki, şimaldakı Priluki şəhərind

7 oktyabr