Statusuna görə bankların və sığortaçıların tərəfində olan qurum vətəndaşın hüququnu necə qoruyacaq?

Statusuna görə bankların və sığortaçıların tərəfində olan qurum vətəndaşın hüququnu necə qoruyacaq?Mərkəzi Bankın müstəqilliyi artırılır. Belə ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bəs bu dəyişikliklər nədən ibarətdir? Mərkəzi Bankın səlahiyyətlərinin artırılması digər bankların fəaliyyətinə necə təsir edə bilər?

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında deyib ki, bu dəyişikliyin edilməsinə ehtiyac var idi:

"Bu qanun 2019-cu ildə verilmiş sərəncama əsasən qəbul edildi. Dövlət başçısı 2019-cu ilin noyabr ayında verdiyi sərəncam ilə Maliyyə Bazarlarına Nəzarət Palatasını ləğv etdi. Həmin palatanın bank, sığorta, qiymətli kağızlar bazarına nəzarət səlahiyyətlərini Mərkəzi Banka verdi. Həmin sərəncamda tapşırıldı ki, bununla bağlı müvafiq qanunlara dəyişikliklər edilsin. Mərkəzi Banka bir ay vaxt verildi ki, bunu hazırlasın və təqdim etsin. Lakin bu edilmədi və Mərkəzi Bank üç ildir ki, qanuna dəyişikliklər qəbul olunmasa da, nəzarət edir, lisenziya verir, yaxud onu ləğv edirdi. Bu baxımdan qanunun qəbul olunmasına ehtiyac var idi. Təəssüf ki, heç kim cavab verə bilmir ki, niyə bu qanun indi qəbul olunub".

Ə.Həsənovun sözlərinə görə, bu qanun layihəsinə edilmiş əlavələrin bir qismi yanlış və ziddiyyətlidir:

"Qanun layihəsində Mərkəzi Banka bəzi səlahiyyətlər verilir ki, heç Maliyyə Bazarlarına Nəzarət Palatasında onlar yox idi. Orada maliyyə bazarlarında istehlakçıların hüquqlarının müdafiəsi yazılıb. Yəni bankda problem olduqda istehlakçı Mərkəzi Banka getməlidir. Yaxud avtomobili sığortalayırsa, ya da sığortaçı pulu vermirsə, yenə oraya müraciət etməlidir. Bu səlahiyyətin Mərkəzi Banka verilməsi düzgün deyil. Çünki Azərbaycanda istehlakçıların hüquqlarının bütün sahələrdə müdafiəsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğuldur. Mərkəzi Bank isə səlahiyyətlərinin statusuna görə həmişə bankların və sığortaçıların tərəfindədir. Çünki o, bank, sığorta, qiymətli kağızlar bazarlarının sabitliyini təmin etməlidir. Sabitliyi təmin edirsə, deməli, həmişə onların tərəfində olmalıdır. Bu halda necə istehlakçıları müdafiə edə bilər?
Digər bir səlahiyyət əmanətlərin sığortalanması sisteminə nəzarətdir. Bu sistem, əslində, tam müstəqildir. O, bankların hesabına fəaliyyət göstərir. Bu sistem müstəqil olaraq qalmalıdır. Bir maddə də əlavə edilib ki, Mərkəzi Bank banklarda, sığortaçılarda nəsə problem görürsə, onun həlli üzrə yalnız özünün əsaslandırılmış mülahizəsinə söykənib hərəkət edərək lisenziyasını ləğv edə, yaxud məhdudiyyət qoya bilər. Amma bu məsələ faktlara əsaslanmalıdır. Mübahisə düşərsə, məsələyə məhkəmə baxmalıdır".

Maliyyə ekspertinin fikrincə, Mərkəzi Bankın səlahiyyətlərinin artırılması hətta bankların bağlanmasına gətirib çıxara bilər:

"Onsuz da, onun səlahiyyətləri çox idi. Daha da artırılması ilə Mərkəzi Bank maliyyə bazarlarına nəzarət üzrə istədiyini edə bilər. Son üç ildə cəmi bir bank bağlanıb. Ondan üç il əvvəl dörd bank bağlanmışdı. Amma Mərkəzi Banka bu qədər geniş səlahiyyətlərin verilməsi ona gətirib çıxara bilər ki, nəinki banklar, bank olmayan kredit təşkilatları, sığortaçılar da bağlana bilər. Böyük ehtimalla yaxında bu bağlanmaların şahidi olacağıq".

Sonda maliyyə sahəsində olan çatışmazlıqlardan danışan ekspert qeyd edib ki, burada dəyişiklik edilməli məsələlər hələ çoxdur:

"Təkcə Mərkəzi Bank haqqında olan qanun yox, həmçinin banklar, bank olmayan kredit təşkilatları, əmanətlərin sığortalanması, kredit büroları, kredit ittifaqları, sığorta fəaliyyəti, qiymətli kağızlar və s. ilə bağlı qanunların da bəziləri bir-birinə ziddir. Bir sahədə çox qanun olanda ziddiyyətlər də olur. Buna görə tapşırılmışdı ki, vahid qanun olsun. Təəssüf ki, bu icra olunmur. Hazırda bank məcəlləsi yox, maliyyə məcəlləsi, ziddiyyətsiz, vahid qanunlar lazımdır. Vahid qanun olmayanda bu, dövlət məmurlarına imkan verir ki, qanundakı boşluqlar və ziddiyyətlərdən sui-istifadə etsinlər. Sistemli bir qanun olanda bunu edə bilmirlər. Adi vətəndaşlar, banklar, sahibkarlar, sığortaçılar da dəqiq bilirlər ki, fəaliyyətini tənzimləyən, hüquq və vəzifələrini təsdiq edən müddəalar hansı qanundadır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1349   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-dən çox artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb

2 oktyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Taxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb

Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili

28 sentyabr
.

Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

23 sentyabr
.

Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son məlumatlara görə, Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 2 milyard 982,6 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artıb. Eyni zamanda, sentyabrın 1-nə bankların kredit portfeli 32,8 milyard manatı ötüb. Maraqlıdı

30 sentyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin

29 sentyabr