Sevgililər Günündə restoran qiymətlərinin kəskin şəkildə artmasının səbəbi nədir? - AÇIQLAMA
Hər il fevralın 14-ü yaxınlaşdıqca şəhərdə təkcə romantika yox, qiymət artımı da hiss olunmağa başlayır. Xüsusilə restoran sektorunda Sevgililər Günü "pik mövsüm" hesab olunur və bu da menyulardan tutmuş rezervasiyalara qədər hər şeyin bahalaşması ilə nəticələnir.
Bir çox cütlük üçün bu gün xüsusi xatirə yaratmaq fürsəti olsa da, eyni tarixə yönələn kütləvi maraq qiymətlərin kəskin şəkildə yüksəlməsinə səbəb olur.
Bəs bu bahalaşma nə dərəcədə əsaslıdır və arxasında hansı amillər dayanır?
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Sonxeber.az -a açıqlama verib:
"Sevgililər Günündə restoran qiymətlərinin artmasının əsas səbəbi insanların eyni gündə çölə çıxmağa üstünlük verməsidir. Tələbat kəskin şəkildə yüksəldiyi üçün bu, avtomatik olaraq qiymətlərə də təsir edir. Bu, emosional deyil, tamamilə normal bazar qanunudur: tələbat artdıqca qiymət də artır.
Bundan əlavə, bir çox restoran həmin gün üçün xüsusi proqramlar hazırlayır. Canlı musiqi, şou proqramlar, xüsusi bəzədilmiş interyer, fərqli menyular - bütün bunlar əlavə xərc deməkdir. Dəvət olunan müğənnilər və musiqi qrupları da məhz bu tarixdə daha yüksək qonorar tələb edirlər, çünki onlar üçün də ən "qızğın" iş günü məhz 14 fevraldır. Beləliklə, xərclər zəncirvari şəkildə artır və bu da son qiymətə əks olunur.
Amma vacib bir məqam var: sevgini qeyd etmək üçün təqvimdə yalnız bir gün yoxdur. Cütlüklər mütləq şəkildə məhz 14 fevral axşamı restoranda olmağa məcbur deyillər. Bir gün əvvəl və ya bir gün sonra eyni atmosferi daha sakit, daha rahat və çox vaxt daha münasib qiymətlərlə yaşamaq mümkündür. Hətta bəzən bu, daha səmimi və stresssiz olur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind
26 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 114,7 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur. 8 ay ərzində quru
23 sentyabr