Gürcüstandan avtomobil gətirmək bahalaşdı: Alıcıları nə qədər əlavə xərc gözləyir?
Gürcüstandan Azərbaycana avtomobil gətirilməsi ilə bağlı yeni maliyyə yükü yaranıb. Belə ki, 2026-cı il noyabrın 16-dan Gürcüstanda avtomobillərin təkrar ixracının gömrük rəsmiləşdirilməsi üçün 450 lari, yəni təxminən 295 manat əlavə xidmət haqqı tətbiq olunur. Bu ödəniş Gürcüstan bazarından avtomobil alaraq Azərbaycana gətirən vətəndaşların və avtomobil ticarəti ilə məşğul olan şəxslərin xərclərini artırır. Bununla belə, yeni rüsumun bütün tranzit avtomobillərə deyil, Gürcüstanda təkrar ixrac edilən nəqliyyat vasitələrinə şamil olunduğu bildirilir.
Bəs, bu əlavə rüsum Gürcüstandan avtomobil almaq istəyən vətəndaşların ümumi xərclərini nə dərəcədə artıracaq? Qərar Azərbaycana avtomobil idxalının həcminə və daxili bazarda qiymətlərə necə təsir göstərə bilər? Vətəndaşlar avtomobil alarkən əlavə xərclərlə yanaşı, hansı sənədləri, texniki göstəriciləri və gömrük tələblərini əvvəlcədən yoxlamalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, 2026-cı il noyabrın 16-dan Gürcüstandan başqa ölkəyə göndərilən bəzi minik avtomobillərinin rəsmiləşdirilməsinə 450 lari - təxminən 295 manat xidmət haqqı əlavə olunub.
"Bu ödəniş Gürcüstandan tranzit keçən bütün avtomobillərə aid deyil. Əlavə haqq avtomobil Gürcüstanda təkrar ixrac kimi rəsmiləşdirildikdə tətbiq olunur. Buna görə maşın alarkən onun Gürcüstandan hansı prosedurla keçirildiyini satıcıdan dəqiqləşdirmək lazımdır.
Yeni xərc avtomobilin yekun qiymətini artıra bilər. Satıcı bu məbləği özü qarşılaya və ya qiymətə əlavə edə bilər. Məsələn, 5 000 manatlıq avtomobilə 295 manat əlavə xərc təxminən 6% edir. Gürcüstan üzərindən avtomobil idxalının azalması mümkündür, amma bu ödənişin Azərbaycana ümumi idxalı kəskin azaldacağını indidən demək tezdir. İdxalçılar başqa ölkə və marşrutlardan istifadə edə bilərlər. Gürcüstandan Azərbaycana avtomobil ixracı bu qərardan əvvəl də azalırdı: 2026-cı ilin ilk doqquz ayında onun dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12% aşağı düşüb. Buna görə həmin azalmanı yeni ödənişlə əlaqələndirmək olmaz.
Yerli bazarda Gürcüstan üzərindən gətirilən bəzi avtomobillər bahalaşa bilər. Ümumi qiymətlərə isə tələbat, başqa ölkələrdən gələn avtomobillərin sayı və Azərbaycandakı gömrük xərcləri də təsir edir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna
5 noyabrAzərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15 noyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 6-na olan qiymətli metallar bazarında qızılın qiymətində yeni dinamika müşahidə olunur. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7034.7105 manat təşkil edir. Qramla satışda 99 əyyarlı 1 qram təmiz qızıl 226.17 manata təklif olunur. Digər əyyarlar üzr
6 noyabrAğıllı saatlara görə bu qədər vergi alınacaq
Ağıllı saatlarla bağlı 20 manat aksiz vergisi tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Belə ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla Vergi Məcəlləsin
18 noyabrBrent markalı neftin qiyməti bir barel üçün 91,55 dollara düşdü
Neft qiymətləri əvvəlki gün yüksəlişdən sonra cümə axşamı səhəri düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,21 dollar və ya 1,3 faiz azalaraq bir barel üçün 91,55 dollara düşüb. Çərşənbə günü Brent markalı neftin qiyməti 1,2
12 noyabrAzərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun
5 noyabrAzərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq
Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c
4 noyabrMərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb
Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur. Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyar
3 noyabr