Riyakar demokrat: Paşinyanın ikiüzlülüyü
Ermənistan hakimiyyəti Qərblə Rusiya arasında vurnuxur. Bu ölkənin siyasi hakimiyyətinin regional hadisələrə, xüsusən Azərbaycanla münasibətlərin normallaşmasına konkret baxışı və mövqeyi yoxdur. Bu, rəsmi İrəvanın ardıcıl siyasət yürütmədiyinin göstəricisidir. Ermənistanın belə mövqeyi Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyi təhdid edir.
Rəsmi İrəvan ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşlərdə onların xoşuna gəlməyə çalışır, Moskvada isə Rusiyanın yanında olduqlarını açıqlamaqla ikiüzlülük göstərir. Bu, saxtakarlıqla yanaşı, həm də riyakarlıqdır.
Nikol Paşinyan Moskvaya səfəri və verdiyi açıqlamaları ilə yenidən məlum ikiüzlü, riyakar xislətini gizlətməyib.
Rusiya Prezidenti Vladimir Putinlə iyunun 9-da Soçidə keçirdiyi görüşdə Ermənistan lideri yenə yalan danışaraq, qarşı tərəfə saxta məlumat verib. Paşinyan bildirib ki, Laçın yolu "bağlanıb", Azərbaycanın Qarabağ iqtisadi rayonunda "ermənilərin vəziyyəti ağırdır" və s.
Əvvəla, qeyd etmək lazımdır ki, V.Putinin Qarabağ iqtisadi rayonundakı vəziyyətlə bağlı məlumatı Paşinyandan almasına ehtiyac yoxdur.
Çünki ərazidə Rusiyanın sülhməramlı qüvvələri var. Yol bağlıdırsa, o zaman sülhməramlılar ərzağı hansı yolla daşıyırlar?
Nikol Paşinyan qarşı tərəfə bu kimi saxta məlumatlar ötürməklə rəsmi Moskva ilə Azərbaycan arasında etibarsızlıq yaratmağa da səy edir.
Bu, ənənəvi erməni xislətidir. Nikol Paşinyan beş illik hakimiyyəti dövründə bunu dəfələrlə nümayiş etdirib.
O, Qərb blokunun liderləri ilə görüşlərdə demokratiyadan danışır, özünü sülhsevər göstərir. Moskvaya və ya Federasiyanın başqa şəhərlərinə səfəri zaman isə Rusiyaya yaltaqlanır. Paşinyan mayın 9-da Moskvadakı parada qatılıb. Onun ardınca Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi İcmasının sammitində iştirak edib.
Moldovadan qayıdandan sonra Soçiyə gedib. Orada özünün yenidən "Rusiyaya sədaqətli" olduğunu göstərməyə cəhdlər edib. Bu zaman o, yalan danışıb, yaltaqlıq etməyi özünə sığışdırıb.
Ehtimal etmək olar ki, o, bu səfəri ilə həm də Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsi üçün hazırlıq görürmüş... (Sadəcə, iyunun 12-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarının növbəti raundu təxirə salındı).
Nikol Paşinyan və onun komandası Qərblə Rusiya arasında riyakarcasına manevr etdikcə Azərbaycanla münasibətlərin normallaşması gecikəcək. Deməli, regionda sülhün yaranmasına, əməkdaşlığın reallaşmasına zərbə dəyəcək.
"Report" İnformasiya Agentliyi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1204 Tarix: 10 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb
Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun
7 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabrİran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio
İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand
7 oktyabrABŞ vəba xəstəliyi ilə bağlı vətəndaşlarını Rusiyanı tərk etməyə çağırır
İrkutsk vilayətində şübhəli pnevmonik taun hadisəsi ilə bağlı məlumatlar yayıldığı bir vaxtda ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarını potensial sağlamlıq və təhlükəsizlik riskləri barədə xəbərdar edib. xəbər verir ki, Amerika diplomatik missiyası, İrkutskda şübhəli pnevmonik taundan ölüm xəbərlərinin
7 oktyabrBab əl-Məndəb uğrunda böyük döyüş: Yəmən qüvvələri hücuma keçdi
Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı ətrafında husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Euronews-a istinadən xəbər verir ki, əməliyyat zamanı Səudiyyə koalisiyasına məxsus təxminən 100 hərbi təyyarədən istifadə edildiy
6 oktyabrPentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır
"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar
8 oktyabrABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum
ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında
7 oktyabr