"4 milyard avroluq sövdələşmə: Almaniya öz səmasını İsrailin "Ox" sistemləri ilə qorumaq istəyir"
"Hets-3" qitələrarası ballistik raketlərin havasız məkanda məhv edilməsi üçün RƏM kompleksidir, Yerin süni peyklərini məhv etmək qabiliyyətinə malikdir..."
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qitənin bir çox ölkələrini öz müdafiəsinin effektivliyinə yenidən baxmağa vadar edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, orduların möhkəmləndirilməsinə meyllə yanaşı, hava hücumundan və raketəleyhinə müdafiəyə maraq artır.
Bu mənada Almaniya təxminən 4 milyard avro məbləğində İsrailin "Hets-3" ("Ox-3", "Arrow-3") raketdən müdafiə sistemini əldə etməyi planlaşdırır.
Gözlənilir ki, AFR hökuməti İsrailə avans olaraq 560 milyon avro ayrılmasına izacə verilməsi üçün parlamentə müraciət edəcək.
Berlin İsrail ilə ilin sonunadək "Hets-3" sistemlərinin alışı barədə hökumətlərarası saziş bağlamaq niyyətindədir. Bu barədə Almaniya Maliyyə Nazirliyinin parlament üçün hazırladığı sənədlərdə deyilir.
Müqaviləyə görə, sövdələşmə baş tutmayacağı təqdirdə AFR həmin zamana məsrəflərə görə avansın bir hissəsi və ya bütöv məbləği İsrailə kompensasiya olaraq itirəcək.
Bundan başqa, göstərilir ki, Almanyanın HHQ üçün bu alış əvvəlcə planlaşdırıldığından bir milyard avro baha başa gələcək. Gözlənilir ki, Berlin İsrailin raketəleyhinə batareyalarını 2025-ci ilin sonuncu rübündə əldə edəcək.
Bundan öncə xəbər verildiyi kimi, "Hets-3" raketəleyhinə kompleksdir, qıtələrarası ballistik raketlərin havasız məkanda məhv edilməsi üçün nəzərdə tutulub, Yerin süni peyklərini məhv etmək qabiliyyətinə malikdir.
İsraildə bu sistem ölkənin raketəleyhinə müdafiəsinin "yuxarı" səviyyəsini təmin edir, bu, qısa mənzilli raketləri ələ keçirən "Dəmir günbəz"dən başlayır və təhlükəsiz hündürlükdə istənilən döyüş başlığını məhv edən "Ox-3" sistemi ilə bitir.
"Dəmir günbəz" və "Ox-3" sistemləri arasında orta yeri "Praşşa Davida" (və ya "Sehrli çubuq") RƏM tutur, bu, uzaq mənzilli raketləri ələ keçirmək qabiliyyətinə malikdir, bu, əsasən, İranın raket təhlükəsinə aiddir.
Bütün "Ox"lar ("Hets-4", "Hets-3" və "Hets-2") "İsrail aviasiya sənayesi" konserni tərəfindən işlənib hazırlanıb və istehsal edilib. 2002-ci ildən onun aparıcı tərəfdaşı Amerikanın "Boeing" korporasiyasıdır.
18 yanvar 2022-ci ildə İsrail Müdafiə Nazirliyi "Hets-3" raketəleyhinə sisteminin növbəti sınaqlarını keçirib. Bu dəfə İsrailin HHM sistemlərinin Yer atmosferinin hüdudlarından kənarda ballistik raketləri vurmaq qabiliyyəti yoxlanılıb.
Eksperimentin gedişində "Hets" kompleksinin radarlar operativ sistemi hədəfi müəyyən edib buraxılışın idarəetmə mərkəzinə ötürüb.
Orada alınan informasiya əsasında raketi ələ keçirmək üçün bütün ilkin məlumatlar hesablanıb. Bu prosedur başa çatandan sonra hədəfə iki sistem buraxılıb və onlar "uğurla qarşıya qoyulan vəzifəni icra edib".
Moderator.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Aqşin Fatehə ağır itki