Sürətli, amma təhlükəli: Bakı tıxacına çarə olan moto taksilər - ARAŞDIRMA

Sürətli, amma təhlükəli: Bakı tıxacına çarə olan moto taksilər - ARAŞDIRMASon zamanlar sosial şəbəkələrdə rast gəldiyimiz yeni bir sərnişindaşıma növü var. Bunlar moto taksilərdir. Qeyd edək ki, moto taksi xidmət növü bir çox ölkədə mövcuddur və xeyli populyardır. Lakin bu xidmətin qadağan olunduğu ölkələr də var. Bizim ölkəmizdə isə motosiklet əsasən kuryer xidmət növü kimi istifadə olunur. Sürücülərin motosikletlərdən hər gün şikayət etdiyi bir zamanda yeni xidmət növünün yaradılması diqqətimizi çəkdi. Sosial şəbəkələrdə yazılan məlumatlara görə, bu xidmət növü Bakı şəhərinin tıxaclarında xeyli əlçatandır. Amma nəzərə alaq ki, motosikletlərin qaydalara əməl etmədən hərəkət etdiyini hər an görmək mümkündür. Bu təhlükəni də göz önünə alaraq moto taksi xidməti ölkəmizdə nə dərəcədə özünə yer tuta biləcək?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov dedi ki, ölkəmizdə bu xidmət növü yaransa da, populyarlaşa bilməyəcək:

"Ölkəmizdə moto taksilərin populyarlaşmamasının başlıca səbəbi odur ki, bizim iqlim buna imkan vermir. Yəni ölkənin təxminən 4-5 ayı isti temperatur olduğu üçün bu, az effektlidir. Digər başlıca səbəb təhlükəsizlik ilə bağlıdır. Yəni təhlükəsizlik zəmanəti, demək olar ki, ən aşağı səviyyədədir. Baxmayaraq ki, onların geyimləri, kaskaları var. Bugünkü gündə motosikletdən, əsasən, kuryer sahəsində, xırda və az çəkili yüklərin daşınmasında istifadə olunur. Amma birbaşa sərnişindaşıma mümkün olmayacaq. Moto taksilər yox olmayacaq, sadəcə bir növ gənclər arasında əyləncə növü kimi qalacaq".

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, dünya ölkələrində ənənəvi taksidən əlavə başqa xidmət növləri də var:

"Bakı şəhərində olan sıxlıq və tıxacda insanlar mənzil başına daha tez çatmaq üçün müxtəlif vasitələrə əl atırlar. Onlardan biri də moto taksilərdir. Dünyanın bir çox ölkələrində ənənəvi taksidən əlavə moto taksilər, hətta dəniz taksisi də var".

E.Muradlı bildirdi ki, nəzarət tədbirləri gücləndirilsə, moto taksi xidməti ölkəmizdə də tətbiq oluna bilər:

"Hazırda moto taksilərin nə dərəcədə populyar və geniş yayıldığını demək mümkün deyil. Çünki tək-tək hallarda rast gəlinir. O baxımdan belə xidmətlərin yaradılması təhlükəli və qorxulu deyil. Sadəcə, bunun hüquqi tərəfləri işlənməli, mexanizm olmalıdır. Mexanizm olandan sonra nəzarət tədbirləri altında xidmət növü olaraq yarana, istifadə oluna bilər. Amma hər motosiklet ilə vətəndaşı, sərnişini daşımaq olmaz. Bunun müəyyən qaydaları var. Sürücülərin peşəkarlığı hansı səviyyədədir, buna baxılmalıdır. Taksi fəaliyyəti üçün sertifikatlaşdırma, sənədləşmə işi aparılmalıdır. Buna nə dərəcədə əməl edəcəklər, o bilinmir. Bu xidmətin təhlükəli tərəfləri də çoxdur. Çünki motosiklet ilə qəzada ölüm və xəsarət riski daha yüksəkdir. Hər bir halda nəzarət mexanizmi, hüquqi tərəfləri həll olunarsa, bu xidməti də yoxlamağa dəyər".

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin fikrincə, dünyada bu xidmətin qadağan olunmasının səbəbi təhlükəsizliklə bağlıdır:

"Dünyanın bir çox ölkələrində moto taksi sistemləri tətbiq olunmağa başlanıb. Amma inkişaf etmiş ölkələrdə bu sistem özünü doğrultmadı. Həmin ölkələrdə sırf təhlükəsizlik məsələləri gündəmə gəldi. Xüsusən sərnişinlərin komfort, təhlükəsizlik məsələsi nəzərə alınmalı, şəxslər xüsusi geyimlərlə təmin olunmalıdırlar. Qaydalar sərtləşdikcə də moto taksilər effektiv xidmət növünə çevrilə bilmədi".

İ.Hüseynli qeyd etdi ki, əgər ölkəmizdə fəaliyyətə başlanılıbsa, bu, qanunla həyata keçirilməlidir:

"Azərbaycanda moto taksi xidmətini qanunla tənzimləyən hər hansı bir normativ hüquqi akt, sənəd yoxdur. Əgər bu xidmətə başlanılıbsa, əsaslandırılması, xüsusi olaraq hansı orqan tərəfindən icazə alınması ilə bağlı hər hansı bir məlumat olmalıdır. Azərbaycanda bu xidmət tətbiq olunursa, demək, bu şəxsi təşəbbüslər nəticəsində, qanunla tənzimlənməyən bir formada həyata keçirilib. Belə olduqda təbii olaraq hüquq müstəvisində fəaliyyətə başlamayıb".

İ.Hüseynli bildirdi ki, moto taksilər gözləntiləri doğruldan bir xidmət növü olmayacaq:

"Yay mövsümü dövründə xüsusi geyimlər, kaskalarla təmin olunmaq şərtilə, həmçinin həm sərnişinlər, həm idarə edən şəxslərin qaydalara əməl edəcəkləri təqdirdə bu xidmətləri mövsümi olaraq tətbiq etmək, bəlkə də, mümkün ola bilər. Bəzi insanlar fikirləşirlər ki, motosikletlər insanları mənzil başına daha tez çatdırar. Həmin adamların mənzil başına tez çatmağı onlar üçün qaneedicidir. Çünki motosikletlər işıqforu gözləmirlər, qaydalara da əməl etmirlər. Moto taksilər Bakı şəhərində fəaliyyətə başlayıbsa, uzun ömürlü bir xidmət növünə çevrilə bilməyəcək".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 844   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstanbulda yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb. Qaynarinfo bu barədə "TRT Haber"ə istinadən xəbər verir. Hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb. Hadisə nəticəsind

8 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı

İran öz nüvə proqramına dair ABŞ ilə razılaşma əldə etmək üçün çoxsaylı imkanlardan istifadə edə bilmədi. -ın "Al Jazzera" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Yunanıstanda səfərdə olan dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib. O əlavə edib ki, İra

7 oktyabr
.

Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə

7 oktyabr
.

Aİ ölkələri Rusiyanın müdafiə sektorunu əhatə edən 22-ci sanksiyalar paketini razılaşdırıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1,5 mindən çox şirkət və fiziki şəxsin daxil olacağı 22-ci sanksiyalar paketini razılaşdırıblar. "Report" xəbər verir ki, bu barədə TASS-a Avropadan olan mənbə bildirib. "Səfirlər 1500-dən çox müəssisə v

7 oktyabr
.

İstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib

6 oktyabr
.

Fransada etirazlar fonunda 1 800 məktəb bağlanıb

Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları çərçivəsində 1 800 orta məktəb bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası yuxarı sinif şagirdlərinin həmkarlar ittifaqına istinadən məlumat yayıb. "1 800 orta məktəbin fəaliyyəti ya dayandırılıb, ya da orada nümayişlə

6 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr