Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunubBakıda 5 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücü Mahmud Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mahmud Əzizov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci il oktyabrın 13-də saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi "Mercedes-Benz" markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi "Daewoo" markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.
Qəza nəticəsində avtobusda olan sərnişin 1985-ci il təvəllüdlü Babayeva Kəmalə Eloğlan qızı, eləcə də səkidə və yol kənarında dayanmış 1964-cü il təvəllüdlü Abdullayev Məhiyəddin Qara oğlu, 1989-cu il təvəllüdlü Aslanov İlham Elxan oğlu, 1961-ci il təvəllüdlü İsgəndərova İradə Əli qızı və 1965-ci il təvəllüdlü Yaqubova Mehbarə Şaban qızı hadisə yerində ölüblər.

Bundan başqa, 1968-ci il təvəllüdlü Tağıyev Zahid Babasan oğlu, 1972-ci il təvəllüdlü Mansurova Samirə Vaqif qızı, 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1954-cü il təvəllüdlü Sapojnikova Anna İsayevna, 1988-ci il təvəllüdlü Hüseynov Ruslan Rövşən oğlu, 1990-cı il təvəllüdlü Sadıqova Gülüş Həsənağa qızı, 1968-ci il təvəllüdlü Səlimov Müslüm Paşa oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Zakir oğlu, 1998-ci il təvəllüdlü Əliyev Muraz Mərdan oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1984-cü il təvəllüdlü Ağayeva Aygün Səməd qızı, 1969-cu il təvəllüdlü Əliyeva Zərifə İsmayıl qızı, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı, 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz Vüsal oğlu, 1986-cı il təvəllüdlü Kərimova Aytən Əli qızı, 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1962-ci il təvəllüdlü Əsadova Mətanət Nurulla qızı, 1993-cü il təvəllüdlü Tağıyev Surət Nüsrət oğlu, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Savalan oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı, 1966-cı il təvəllüdlü Cəbiyev Natiq Taksim oğlu, 1989-cu il təvəllüdlü Həsənova Aynurə Vilayət qızı və 1987-ci il təvəllüdlü Qəribov Cavid Eldəniz xəsarət alıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2644   Tarix: 16 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

7 oktyabr
.

Nigar Camal heyvanlara zülm edənlərə dair: "Cəzalar artırılmalıdır"

Nigar Camal heyvanlara qarşı amansız rəftara görə tətbiq olunan cəzaların sərtləşdirilməsini tələb edib. "Yeni Sabah" xəbər verir ki, o, hamilə itin öldürülməsi ilə bağlı paylaşımında cərimələrin ən azı 3-5 dəfə artırılmalı olduğunu vurğulayıb. Müğənni qeyd edib ki, itin bətnində ən azı 6 bal

6 oktyabr
.

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə

8 oktyabr
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

8 oktyabr
.

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi

6 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr
.

10 illik vergi güzəşti bitir - Un və çörəyin qiyməti bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Buğda, un və çörəklə bağlı 10 illik ƏDV güzəştinin müddəti başa çatmaq üzrədir. 2027-ci il yanvarın 1-dən etibarən güzəşt uzadılmasa, bu məhsullar üzrə vergi yükünün dəyişməsi gündəmə gələ bilər. Bu isə xüsusilə gündəlik tələbat məhsulu olan çörəyin və unun qiymətinə mümkün təsirlə bağlı suallar yaradır

8 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. "Report" xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yen

6 oktyabr