"Dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox" - Xalq artistinin fiqura söhbətinə cavab
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ailələrində 5 uşaq olması ilə bağlı çağırışı geniş müzakirələrə səbəb oldu.
Bəziləri çoxuşaqlılığın tərəfini tutdu, bəziləri bunun qadını robot olaraq görmək olduğunu iddia etdi.
Xalq artisti Afaq Bəşirqızı da açıqlamasında çoxuşaqlı ailələrin tərəfdarı olduğunu qeyd etdi və bəzi qadınları sərt şəkildə qınadı:
"Fiqura qorumaqla ailə olmur. Onlara "ailə" deməzlər. Onlar həftəlikdirlər. O adam ki ərə gedib, istəyir fiqurası yaxşı olsun, uşaq da doğmur, onun ailə həyatı ancaq həftəlik ola bilər".
Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ailələrin çoxuşaqlı olmasındansa, az uşaqla daha yaxşı tərbiyə və təhsilin verilməsinin tərəfdarıdır:
"Ailə quruculuğu deyə bir şey var. Əgər ailə 5 uşağı saxlaya biləcəksə, onda bu qədər uşaq dünyaya gətirə bilər. 1-2 uşağı dünyaya gətirib ona mükəmməl tərbiyə, təhsil verib, mükəmməl şəkildə cəmiyyətə qazandırmaq daha vacibdir. Yoxsa dünyaya 5 uşaq birdən gətirib işsiz vəziyyətdə onları yetim kimi saxlamaq hesab edirəm ki, düzgün deyil.
Bu məsələyə fiqura söhbətinin isə aidiyyatı yoxdur. Azərbaycan cəmiyyəti onsuz da hər zaman çoxuşaqlı olmağı sevib. Əvvəllər hətta ziyalı ailələrdə də minimum 4 uşaq olub. Sadəcə olaraq bu gün 4-5 uşağa baxmaq çətindir.
Biz ayağımızı öz yorğanımıza görə uzatmalıyıq ki, sabah cəmiyyətə yiyəsiz uşaqlar verməyək. Onlara yaxşı təhsil, yaxşı tərbiyə verə bilməyəcəyiksə, o uşaqlar onsuz da Vətənə fayda verməyəcək. İndi isə belə uşaq böyütmək həm də maddi baxımdan çətindir. Rəcəb Tayyib Ərdoğan tövsiyə verə bilər. Amma kimin imkanı varsa, 5 uşağı saxlaya biləcəksə, onlar uşaq sahibi olmalıdır. Əgər baxa biləcəksənsə, əlbəttə ki, çoxuşaqlı olmaq gözəldir. Yenə qeyd edirəm ki, bunu bacaran etməlidir".
Ekspert uşaqpulu məsələsinə də toxunub:
"Uşağına təhsil verib yolunu açıq edə biləcək olan valideynlərin dünyaya çox uşaq gətirməsində heç bir problem yoxdur. Əgər dövlət də uşaqpulu verəcəksə, bu da gənc ailələrə dəstək olub onları çoxuşaqlı etməyə təşviq edə bilər. Amma dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox. Əgər uşağa baxmaq üçün normal uşaqpulu veriləcəksə, sözsüz ki, bu ailələrin çoxalmasına dəstək verə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO
Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü
29 sentyabrSərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur
23 sentyabrRöya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
1 oktyabrKubilayla Hafsanur ayrıldı
Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu
2 oktyabrSerenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda
Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ
29 sentyabrSamir Bağırov bu səbəbdən depressiyaya düşüb
Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər
29 sentyabrSupermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley
25 sentyabr"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
3 oktyabr