Parisə arxalanan İrəvan təxribatlarla sülhü pozur - müharibə ehtimalı artır

Parisə arxalanan İrəvan təxribatlarla sülhü pozur - müharibə ehtimalı artırErmənistan sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır. Avropadakı bəzi güclər, xüsusilə Fransa bu məsələdə Ermənistana dəstək verir".

Bunu "Report"a açıqlamasında siyasi analitik, professor Sabir Məmmədli deyib.

O bildirib ki, Ermənistanda siyasi oyunçuların çoxluğu bu ölkənin cəmiyyətində gərginlik yaradır: "Bu, orduya da siraət edir. Düşünürəm ki, təxribatlar birbaşa sülh prosesinə qarşı yönəlib. İkincisi, ermənilərin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə rahat hərəkət etməsi də qarşı tərəfi narahat edir, qıcıqlandırır. Üçüncüsü isə Ermənistanın təxribatları həm də Rusiyaya etiraz cəhdidir".

Analitik qeyd edib ki, Azərbaycan ordusu kifayət qədər sərrast addımlar atır: "Ermənistan təxribatlarını davam etdirərsə, genişmiqyaslı eskalasiyanın başlaması mümkündür. Bu, Ermənistan-Azərbaycan müharibəsi olacaq. Qarşı tərəf bizi savaşa məcbur edir. Xüsusilə nəzərə almaq lazımdır ki, hələ də anklavlar məsələsi həll olunmayıb. Həmin anklavlar tarixi Azərbaycan torpaqlarıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf etsə də, hələ anklavları qaytarmır. Sözügedən məqam vəziyyəti daha da qəlizləşdirir. Ermənistan indi sadəcə olaraq eyforiyadadır. Qarşı tərəf başa düşməlidir ki, sabotaj cəhdlərinin sonunda genişmiqyaslı müharibənin başlama ehtimalı onlar üçün yaxşı nəsə vəd etmir".

Professorun sözlərinə görə, Ermənistanın Azərbaycanla mübarizə aparmaq gücü yoxdur: "Heç Fransa da Ermənistana kömək etməyəcək. Odur ki, müharibə düşmən üçün arzuolunmaz ssenaridir. Amma həm Avropa ittifaqı, həm də Rusiya növbəti gərginlikdə maraqlıdırlar. Ona görə də diqqətli, soyuqqanlı olmaqda fayda var. Düşünürəm ki, müharibə başlamasa belə, lokal əməliyyatlara start verilməsi mümkündür. Reallıq ondan ibarətdir ki, nə üçüncü qüvvələr, nə Ermənistan hərbi-siyasi hakimiyyəti sülh istəyir. Nikol Paşinyan üçüncü tərəflərə müqavimət göstərə biləcək siyasi iradəyə sahib deyil".

Qeyd edək ki, Ermənistan təxminən 10 gündür şərti dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı təxribatlar törədir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görür.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1387   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı

İran öz nüvə proqramına dair ABŞ ilə razılaşma əldə etmək üçün çoxsaylı imkanlardan istifadə edə bilmədi. -ın "Al Jazzera" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Yunanıstanda səfərdə olan dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib. O əlavə edib ki, İra

7 oktyabr
.

FTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb

ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa

8 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba

7 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Sepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb

İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır. xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib. Məlumat

6 oktyabr
.

Tramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf

8 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

7 oktyabr
.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr