Hansı ölkənin vətəndaşları Azərbaycanda yaşamağa maraq göstərirlər? - ARAŞDIRMA

Hansı ölkənin vətəndaşları Azərbaycanda yaşamağa maraq göstərirlər? - ARAŞDIRMASon vaxtlar ölkəmizdə əcnəbilərin daşınmaz əmlak bazarına artan marağı müşahidə olunur. Mənzil alqı-satqısı ilə məşğul olan rieltorlar da bu faktı təsdiqləyirlər. Onların sözlərinə görə, əcnəbi vətəndaşlar əsasən şəhərin mərkəzindəki mənzillərlə maraqlanırlar.

Bəs xarici vətəndaşların Azərbaycan ərazisində mənzil alması qanunla necə tənzimlənir? Daha çox hansı ölkənin vətəndaşları Azərbaycanda yaşamağa maraq göstərirlər?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Hüquqşünas Sabir Qəniyev deyir ki, qanunvericiliyə əsasən, əcnəbilərin Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əmlak əldə etmək imkanları var. Amma ölkəmizdə xarici vətəndaş torpaq sahəsinə sahib ola bilməz:

"Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs ölkəmizdə ev, villa, mənzil və digər əmlak növlərini ala bilər. Əcnəbilərin torpaq əldə etməsi ilə bağlı isə bir neçə hüquqi məqamlar var. Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər".

Hüquqşünasın sözlərinə görə, dünya təcrübəsində də əcnəbilərin torpaq alışı yerli qanunlardan asılıdır və müəyyən məhdudiyyətlər var:

"Əcnəbilərin torpağa mülkiyyət hüququnun əldə edilməsi imkanları və bununla əlaqədar məhdudiyyətlər dövlətlərdə mövcud olan demoqrafik, siyasi, iqtisadi amillərlə yanaşı, ölkənin milli təhlükəsizliyi, sosial və etnik müxtəlifliyi ilə bağlıdır. Ölkəmizdəki yanaşma Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Çin Xalq Respublikası və digər ölkələrdə də tətbiq olunur".

Əmlak eksperti Mülkədar Rüstəmov deyir ki, 2022-ci ildə 40 fərqli ölkədən vətəndaşlığı olmayan əcnəbi Azərbaycanda mənzil əldə edib. Ekspertin sözlərinə görə, ötən il 1577 əcnəbi Azərbaycanda daşınmaz əmlaka sahib olub:

"Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları ilk üçlükdədirlər. 4-cü və 5-ci yerləri İran və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları tutur. Bu il həm də Pakistan, Hindistan vətəndaşlarının əmlakla bağlı müraciətlərinin artdığını müşahidə edirik".

Əcnəbilərin Azərbaycanda mənzil alma şərtlərinə gəldikdə isə ekspert deyir ki, onlar çıxarışla təmin olunmuş istənilən tikilini ala bilərlər:
"Hər hansı bir ölkə vətəndaşı Azərbaycanda müəyyən bir məbləğə, təxmini 100-200 min manat civarında mənzil aldıqda, yaşayışla və vətəndaşlıqla bağlı sənədlər əldə edə bilər. Son dövrlər müşahidələrimizə əsasən görürük ki, mənzilləri daha çox şirkət sahibləri, burada biznes quran şəxslər alırlar".

Ekspertin sözlərinə görə, əcnəbilərin ölkəmizə axın etməsinin, burada məskunlaşmaq istəməsinin səbəbi Azərbaycanın təhlükəsiz ölkə imici qazanmasıdır:

"Xarici ölkələrdə yaşayan, vətəndaşlıq alan həmvətənlərimizin də daşınmaz əmlak bazarına investisiyası müşahidə olunur. Son vaxtlar isə daha çox Türkiyə və Ukrayna vətəndaşlarının əmlak almaq istəyinin şahidi oluruq. Xüsusilə Ukrayna vətəndaşları çox yatırım edirlər. Şəhərimizin inkişafı, sabitliyi, ictimai asayişin qorunması, Azərbaycanın təhlükəsiz ölkə kimi imic qazanması əcnəbilər üçün əsas faktorlardandır".

Əcnəbilərin Azərbaycanda daşınmaz əmlak bazarına sərmayə qoymasının iqtisadi faydaları çoxdur. Millət vəkili Vüqar Bayramlı deyir ki, əmlak bazarına investisiyaların cəlb edilməsi real sektora sərmayə qoyuluşu baxımından vacibdir. Millət vəkili vurğulayır ki, inkişaf etmiş ölkələrdə əmlak bazarındakı dəyişiklik makroiqtisadi vəziyyətə təsir göstərən faktorlardandır:

"İnkişaf etmiş ölkələrdə baş makroiqtisadi vəziyyəti təyin edərkən əmlak bazarındakı indeksdən istifadə olunur. O indeksə uyğun olaraq iqtisadi vəziyyətin qiymətləndirilməsi həyata keçirilir. Əmlak bazarına sərmayə cəlbi müsbət amildir. Bu, həm də real sektora olan investisiyadır. Əcnəbilərin daşınmaz əmlak bazarına olan marağı göstərir ki, əmlak bazarı cəlbediciliyini qoruyub saxlayır".

Millət vəkili vurğulayır ki, xarici sərmayənin əmlak bazarına cəlbi bütövlükdə iqtisadiyyatın bundan faydalanmasına gətirib çıxarır:

"Bu kontekstdə əmlak bazarında sərmayə qoyulmasının genişləndirilməsi vacibdir. Amma bu sərmayələr passiv olmamalıdır. İnvestisiyanın sonradan real sektora, xüsusilə də inşaat sektoruna daxil olması çox vacibdir. Bu baş verərsə, bütövlükdə iqtisadiyyatın faydalanmasına gətirib çıxarır. Əmlak bazarına daha çox sərmayənin cəlb edilməsi pozitivdir və bu bazarın dayanıqlılığını və cəlbediciliyini göstərən faktorlardan biridir".

Əcnəbilərin əmlak bazarında yer tutmasının qiymətləri bahalaşdırması məsələsinə gəldikdə isə inşaat eksperti Elnur Azadov deyir ki, ötən il bazarda qiymətlər ciddi şəkildə bahalaşdı:

"Azərbaycan müstəqillik əldə etdikdən sonra daşınmaz əmlak tarixində ən böyük axın Rusiya-Ukrayna müharibəsinin başlanğıc dövrünə düşdü. Həmin ərəfədə də tikinti şirkətləri qiymətləri qaldırmağa başladılar. Bu, bazara ciddi şəkildə təsir etdi. Bazarda olan tikinti şirkətlərinin 20-30 faizi böyük axın olacağını düşünürdü. Üstəlik, o vaxt inşaat materiallarının qiyməti qalxır, inşa olunan binaların sayı da bir o qədər çox deyildi. Yəni rəqabət yüksək olmadığına görə, onlar qiymətləri müvəqqəti qaldırdılar. Bu təxminən, keçən il oldu. Ondan sonra qiymətlər yavaş-yavaş aşağı düşdü. Bu kimi fors-major hallar olmasa, 30 illik dövrdə əcnəbilərin Azərbaycan bazarından ev alması qiymətlərə ciddi təsir etməyib".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1132   Tarix: 18 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasınd

8 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr
.

"Kənd yumurtası"ndan embrion çıxdı: Nə etmək lazımdır? - Ekspertdən AÇIQLAMA

Mağazalarda "kənd yumurtası" adı ilə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi istehlakçılar üçün mühüm məsələlərdəndir. Yumurtanın içindən embrion çıxması onun mayalanmış olması ilə bağlı ola bilər, lakin məhsulun saxlanma şəraiti və temperatur rejimi də bu prosesə təsir göstərə bilər

7 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

6 oktyabr