Hansı halda xaldan qurtulmaq olar? - ARAŞDIRMA

Hansı halda xaldan qurtulmaq olar? - ARAŞDIRMABəzən deyirlər ki, xalı çox olan adamın düşməni də çox olar. Bu, əlbəttə ki, xalq deyimidir. Bəs doğrudan da, xalların çox və ya az, böyük və ya balaca, müxtəlif rəngdə və ölçüdə olmağı nəyin göstəricisidir? Biz hansı hallarda narahat olmalıyıq. Bütün bu suallara gəlin birlikdə aydınlıq gətirək. Ondan başlayaq ki, xallar, müasir dildə desək, nevus melanositdən ibarət piqment ləkələri və düyünləridir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin dekanı, dermatoveneroloq Elşad Novruzov deyir ki, bütün insanların bədənində xal var:

"Xalın az olması da, çox olması da normal haldır və bundan narahat olmağa dəyməz. Xallar – törəmələri xoşxassəli, xərçəngönü və artıq dəri xərçənginə keçən törəmələr kimi üç qrupa bölünür. Xoşxassəli xallar simmetrik, eyni rəngli olur. Amma bir də var ulduz kimi, kələ-kötür xallar. Bu cür xalların artıq bədxassəli olmasına şübhə var. Bundan başqa, xoşxassəli xallar qanaxmaya meyilli, ağrılı, göynəməli deyil. Amma bədxassəlidə ağrıma, göynəmə, qaşınma ola bilər. Bunlar ilkin simptomlardır. Hər bir insan bunlara diqqət yetirməli, xallarını nəzarət altında saxlamalıdır. Əgər bədəndə uzun müddət olan xalın üstündə heç bir dəyişiklik yoxdursa, qaşınma, göynəmə vermirsə, qanaxmaya meyilli deyilsə, bu, xoşxassəli xaldır. Amma qısa müddət ərzində ölçüsü böyüyürsə, rəngində dəyişiklik baş verirsə, artıq narahat olmaq lazımdır. Rəng dəyişikliyi deyəndə nəyi nəzərdə tuturuq? Qəhvəyi, qara, göy, mavi və s. rəngli xallar var. Xal bütövlükdə eyni rəngdədirsə, bundan qorxmaq lazım deyil. Amma bəzən bir xalın içində bir neçə rəngin çalarını görürük. Məsələn, qara fonun içində göy və ya qəhvəyi rəng müşahidə edirik. Yəni bir xalda bir neçə rəng çaları görürüksə, artıq şübhələnmək, Həkimə müraciət etmək lazımdır. Əgər xalın simmetriyası pozulubsa, (xalı sanki gözlərinizlə tən ortadan bölün və "hissələrinə" diqqətlə baxın. Əgər hissələr bir-birindən fərqlənirsə), kənarları nahamar olub, dalğavari və dişli şəkil alıbsa, rəngi dəyişilibsə, birdən-birə böyüyübsə, üzərində çatlar, qabıqlar əmələ gəlibsə, qanamağa başlayıbsa, bu, təhlükə simptomudur".

Həkim bəzən insanların xallardan qurtulmaq istəyindən də danışdı:

"Xoşxassəli xallar əgər insanda hər hansı bir kompleks yaratmırsa, qala bilər. Məsələn, üz nahiyəsində olan və görünüşü ilə bağlı kompleks yaradan xallar götüzdürülə bilər. Amma heç bir narahatlıq yaratmırsa, qalsın. Kişilər hər gün üzlərini təraş edir. Əgər üzündə xoşxassəli xal varsa, təraş vaxtı qıcıqlanmaya məruz qalır, zədələnir, mikro və böyük travmalar da alır. Bu da xalın növbəti mərhələyə keçməsinə səbəb olur. Yəni xoşxassəli olmasından, kompleks yaratmasından asılı olmayaraq, gündəlik qıcıqlanmaya məruz qalan xalların götürülməsi məsləhətdir. Günəş şüası da xala birbaşa qıcıqdır. Solyari şüasının gücü isə günəş şüasının gücündən min dəfə çoxdur. Bu da dərini (xalları) qıcıqlandırır, həm də dəri xərçənginin yaranması üçün şərait yaradır. Təsəvvür edin, biz dənizə getməyi – günəş şüalarının qəbulunu səhər saat 7-11 arası, bir də axşam saat 5-7 arası tövsiyə edirik. Qalan vaxtlar günəş şüası ziyandır, o ki ola solyari. Xanımlar lazer epilyasiyasından istifadə edirlər. Lazerin işi dəridə tünd nöqtələri – tükləri tapıb vurmaqdır. Xallar da tünddür, deməli, onları da vurur və xallar qıcıqlanır. Geyimin özü də qıcıq mənbəyi sayıla bilər".

Həkim xalların müayinəsi ilə bağlı tövsiyələrini də verdi:

"Xallar bir neçə üsulla müayinə olunur. Birincisi görüntü – vizual üsulla olan müayinədir. Yəni gözlə görünməsi mümkün olan müayinə edilir. Amma bir də var konkret müayinə. Konkret müayinə dermatoskopla aparılır. Xala dermaskopla baxılır, diaqnoz qoyulur. Lap dəqiq müayinəyə ehtiyac yarananda, o xaldan nümunə götürüb biopsiya edilir. Yəni xal hüceyrə səviyyəsində yoxlanılır. Bu, düzgün diaqnoz qoymaq üçün vacibdir. Xalın götürülmə üsulu məhz müayinədən və qoyulan diaqnozdan asılıdır. Əgər xal bəd xassəlidirsə, götürəndə xal ətrafındakı 1 sm normal dəri ilə bir yerdə götürülməlidir. Əgər xal xoşxassəlidirsə, onda ancaq özü, ətrafa dəymədən götürülür. Xalın götürülmə üsulları da müxtəlifdir. Lazerlə, kaoqulyatorla və s. ilə yanaşı, cərrahi üsul da tətbiq olunur. Cərrahi üsula o halda müraciət edirik ki, xalın əsası, bünövrəsi dərinin aşağı qatlarından başlayır. Amma səthdə olan xalları götürmək üçün digər üsullar tətbiq olunur. Xalın xərçəngönü mərhələsində çox ehtiyatlı olmaq lazımdır. Çünki xal artıq xərçəngə keçmək üzrədir. Belə xalı nə qədər tez götürsək, o qədər yaxşıdır. Xərçəng mərhələsində isə aşkarlanan kimi dərhal götürülməlidir. Gecikdirilərsə, orqanizmə yayılması baş verəcək. Bu baxımdan xalların götürülməsi üçün ilk növbədə peşəkar diaqnoz qoymalıdır ki, ona əsasən götürülmə üsulu seçilsin. İkincisi, götürəndən sonrakı mərhələ düzgün aparılsın. Düzdür, indi kim, harada, necə gəldi bu işi görür. Bu cür qeyri-peşəkar işin fəsadları dərhal bilinmir. İllər sonra müxtəlif fəsadlar yaranır ki, onda da gec olur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1587   Tarix: 18 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasınd

8 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr
.

"Kənd yumurtası"ndan embrion çıxdı: Nə etmək lazımdır? - Ekspertdən AÇIQLAMA

Mağazalarda "kənd yumurtası" adı ilə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi istehlakçılar üçün mühüm məsələlərdəndir. Yumurtanın içindən embrion çıxması onun mayalanmış olması ilə bağlı ola bilər, lakin məhsulun saxlanma şəraiti və temperatur rejimi də bu prosesə təsir göstərə bilər

7 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

6 oktyabr