Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA

Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMADövlət Statistika Komitəsi yanvar-mart aylarında Azərbaycana səfər edən əcnəbilərin sayını açıqlayıb. Statistikaya görə, gələnlərin 31,7 faizi Rusiya, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşları olub. Rəqəmlərdən aydın olur ki, Asiya ölkələrindən Azərbaycana ən çox turist Hindistandan gəlib. Hindistanlı turistlərin çoxaldığını şəhərin mərkəzi küçələrində gəzərkən real olaraq görmək mümkündür.

Maraqlıdır, hindistanlı turistləri Azərbaycana gətirən səbəblər hansılardır?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, Hindistan ilk dəfədir bu siyahıda 5-ci pillədədir:

"Bu gözlənilən idi, say daha da artacaq. Çünki Hindistan turist cəlb etmək baxımından hədəf ölkələrdən olub. Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi və müxtəlif turizm şirkətləri Hindistan bazarı üçün müxtəlif turizm təklifləri hazırlayıb. Əhali sayı çox olduğu üçün bu bazardan daha çox turist cəlb edə bilirik. Həmçinin Hindistan bazarında artıq müxtəlif təşviqat işləri aparılıb və aparılmaqdadır. Təbii ki, bu təşviqat Azərbaycana marağı artırır. Bugünkü statistika öncədən düşünülən addımların nəticəsidir".

Turizm mütəxəssisi vurğulayır ki, Bakı ilə Dehli arasında birbaşa aviareys açılması da Hindistan vətəndaşlarının istirahət üçün Azərbaycanı seçməsinə imkan yaradıb:

"Şəhərlər arasında rahat bağlantı var. İkitərəfli gediş-gəliş biletləri normal, Hindistan bazarında xeyli insan üçün uyğun qiymətədir. Bundan əlavə, hindistanlı turistlərin Azərbaycana gəlməsi üçün viza rejimi rahat, əlçatandır. Bu da turistlərin sayına təsir edib".

Təbii ki, ən əsas səbəblərdən biri də ölkəmizin gözəlliyidir. Mütəxəssis vurğulayır ki, bizi Hindistanla bağlayan maraqlı məqamlar da var:
"Azərbaycan təbiəti, infrastrukturu, turizm imkanları, tarixi memarlıq abidələri, gəzməli-görməli yerləri, mətbəxi ilə çox məşhurdur. Həm də bizi Hindistanla bağlayan maraqlı məqamlar da var. Vaxtilə Azərbaycan ərazisində atəşpərəstliyin yayılması, onlara aid olan məbədlər, xüsusilə də Atəşgah məbədi, regionlarda olan bəzi abidələr onların marağına səbəb olur. İpək yolunu da yaddan çıxarmaq olmaz. Hansı ki, vaxtilə ölkələri ticarət əlaqələri ilə bağlayıb. Bu faktlar Hindistan turistləri üçün maraqlıdır".

Hindistanlı turistlərin ölkəmizdə istirahət etmələri üçün səbəblər çox olsa da, onların sayının belə nəzərəçarpacaq dərəcədə artması həmsöhbətimiz üçün də gözlənilməz olub:

"Təəccüblüdür. Düşünürəm ki, sayın çox olmasına səbəb turizmdən əlavə, Azərbaycan biznes mühitinin hindistanlılara uyğun olmasıdır. Ölkəyə gələn Hindistan vətəndaşlarının heç də hamısı turist deyil. Onların bir hissəsi işgüzar insanlardır. Burada investisiyalar üçün münbit şərait var. Bu səbəbdən də onlar Azərbaycan bazarına maraq göstərirlər".

Turizmçi Ceyhun Aşurov isə deyir ki, Azərbaycan istirahət və film destinasiyası kimi Hindistanın marağını cəlb edir:

"Ölkəmizin dünyada 6 turizm nümayəndəliyi var ki, onların da biri Hindistandadır. Bu nümayəndəliklər Azərbaycanın turizm məkanı kimi tanıdılmasına, uyğun marşrutların hazırlanmasına və həmin bölgələrdən turistlərin cəlb olunmasına xidmət edir. Hindistandan gələn turistlərin sayında əvvəlki illərlə müqayisədə 4 dəfədən çox artım olub. Bu ölkədən turistlərin çox gəlməsi 2016-cı ildən sonra başlayıb. Bu dövrdə il ərzində 6000-ə yaxın turist gəlirdisə, 2017-ci ildə bu rəqəm 14 minə çatıb. 2018-ci ildə 39 min, 2019-cu ildə isə 65 min olub. Pandemiya dövründə isə təbii olaraq, bu rəqəmlər azaldı. Hindistandan gələn turistlər individual deyil, əksəriyyəti qrup halında səfərlər edirlər. Pandemiyaya qədər biz görürdük ki, sözügedən ölkədən Azərbaycana kino çəkmək məqsədilə ayrı-ayrı qruplar gəlir. İçərişəhərdə, Bakıda, müxtəlif regionlarda kino çəkilişləri həyata keçirirdilər. Bu da filmi seyr edən insanlara Azərbaycanın maraqlı turizm ölkəsi kimi tanıdılmasında xüsusi rol oynayırdı".

Mütəxəssis deyir ki, statistikanın artmasında ikinci ən böyük faktor Azərbaycanın hindistanlılar arasında toy məkanı kimi seçilməsidir:

"Hindistan toyları dünyada məşhurdur. Onlar qohum-əqrəbaları ilə birlikdə bəzən 100 nəfərlik qruplarla ölkələrə gedirlər və toy edirlər. Bu, onlar üçün ənənədir. Biz pandemiyaya qədər şəhərdə olan 5 ulduzlu otellərin restoranlarında Hindistan toylarını müşahidə edirdik. İndi də elədir. Hindistanlı turistlər üçün Azərbaycan həm də maraqlı toy destinasiyasıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1287   Tarix: 18 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasınd

8 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr
.

"Kənd yumurtası"ndan embrion çıxdı: Nə etmək lazımdır? - Ekspertdən AÇIQLAMA

Mağazalarda "kənd yumurtası" adı ilə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi istehlakçılar üçün mühüm məsələlərdəndir. Yumurtanın içindən embrion çıxması onun mayalanmış olması ilə bağlı ola bilər, lakin məhsulun saxlanma şəraiti və temperatur rejimi də bu prosesə təsir göstərə bilər

7 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

6 oktyabr