Evlənmək üçün Azərbaycana qanunsuz gələn iraqlıya hökm oxundu

Evlənmək üçün Azərbaycana qanunsuz gələn iraqlıya hökm oxunduAstara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İraq vətəndaşı Camal Hüseyninin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Camal Hüseyni 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İttihama görə, Camal Hüseyni qanunla müəyyən olunmuş qaydada İrandan Azərbaycana keçə bilmədiyi üçün qanunsuz yol ilə gəlmək üçün 18 mart 2023-cü il tarixdə, saat 15 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının "N" saylı hərbi hissənin Astara rayonu ərazisində yerləşən zastavasından ölkəmizə keçib.
Camal Hüseyni məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərib ki, İraq vətəndaşıdır. Təxminən dörd-beş ay əvvəl qanunsuz olaraq Azərbaycana keçmək istəyib, lakin onu İran tərəfində əsgərlər saxlayıblar. İranda üç gün həbs etdikdən sonra onu öz ölkəsinə geri göndəriblər.

Camal Hüseyninin sözlərinə görə, sərhədi qanunsuz olaraq pozduğuna görə 1 dəfə Türkiyədə 10 gün müddətində həbsdə olub. 18 mart 2023-cü il tarixdə, saat 14 radələrində o, İranın Astara şəhərindən çayı keçərək Azərbaycana gəlib. Həmin vaxt sərhədçilər onu saxlayıblar.

O deyib ki, Azərbaycana gəlməkdə məqsədi evlənib yaşamaq imiş. Bildirib ki, ümumiyyətlə bu yaşına qədər Azərbaycanda olmayıb. İfadəsinin sonunda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1259   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus

22 sentyabr
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust