Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, RPŞ-nə Kür çayının rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində çayın sahilində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan həmin kəndin sakinləri Müşfiq Dadaşov və Zaman Süleymanov çətənə bitkilərinə qulluq edən zaman "iş başında" saxlanılıblar.
Həmin əraziyə keçirilən baxış zamanı dörd kiloqramdan artıq marixuana və 39 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əvvəllər də narkotiklərə görə həbs olunan hər iki şəxs izahatlarında narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Şöbə əməkdaşları tərəfindən Kür çayının sahilində keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan Kürqaraqaşlı kənd sakini Kamal Zeynalov da saxlanılıb.
Qeyd edilən ərazidə baxış zamanı oradan K.Zeynalov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Aşkar olunan faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1478 Tarix: 04 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 2021DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı
Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi
4 sentyabr 2021Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB
Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl
13 sentyabr 2021Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu
Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın
29 avqust 2021Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB
Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi
10 sentyabr 2021Qaxda baş verən yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat
25 avqust 2021Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU
Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl
30 avqust 2021İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit
22 avqust 2021