Pol Qobl: "Sergey Şoyqu və Yevgeni Priqojindən biri öləcək, digəri qəhrəman olacaq"
İyunun 24-də Rusiyada "Vaqner" Xüsusu Hərbi Şirkətinin silahlı qiyamı ilə geosiyasi mənzərə və proqnozlar alt-üst oldu. Belə ki, mövqelərinə raket atıldığını iddia edən "Vaqner" rəhbəri Yevgeni Priqojin istiqaməti dəyişdi və Rusiyanın içərilərinə doğru irəlilədi, bir neçə yaşayış məntəqəsi nəzarət altına alındı.
Rusiya Prezidenti Vladimir Putin bu addımı dövlətə xəyanət kimi qiymətləndirərək, Y.Priqojini cəzalandıracağını bəyan etdi. Bunun ardınca Belarus Prezidenti Aleksandr Lukaşenko Y.Priqojinlə danışdı. "Vaqner" in ölkəni tərk etməsi, V.Putinin keçmiş aşbazının Minskə getməsinə dair razılıq əldə olundu. Daha sonra "Vaqner"in ləğv olunacağı elan edildi. Suallar çoxdur. Böyük əksəriyyətə təqdim edilən cavablar isə sadəcə "aysberqin görünən tərəfidir".
Amerikalı politoloq, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qobl bu proseslərlə bağlı "Report"un suallarını cavablandırıb.
- "Vaqner"in silahlı qiyamı barədə nə düşünürsünüz? Sizcə, bu, həqiqətən, bəzilərinin iddia etdiyi kimi şou idi?
- Qiyam "Vaqner"in rəhbəri Yevgeni Priqojinin Rusiya hərbi elitasından, o cümlədən müdafiə naziri, ordu generalı Sergey Şoyqudan canını qurtarmaq cəhdi idi. Amma bu qiyamın birbaşa Prezident Vladimir Putinə qarşı yönəldiyini düşünmürəm.
- Niyə "Vaqner"çilər qiyamı dayandırdı və ölkədən çıxdı? Axı Priqojin demişdi ki, sona kimi gedəcəklər...
- Məncə, onlar məqsədlərinə çatdıqlarını anladılar. Bundan sonra Sergey Şoyqu və digər generallar işdən çıxarıla bilər. Əlbəttə, onlar üçün daha ağır ssenarilər də mümkündür.
- Bəs Vladimir Putin niyə Priqojini bağışladı? Halbuki o, qiyamı vətənə xəyanət kimi qiymətləndirmişdi.
- Vladimir Putinin Yevgeni Priqojini bağışladığını düşünmürəm. Sadəcə başa düşdü ki, "Vaqner"ə qarşı radikal addım ona baha başa gələ bilər.
- Necə fikirləşirsiniz, Belarusdan Ukraynaya ikinci cəbhə açıla bilər?
- Bəli, mümkündür. Amma bu, hazırkı situasiya üçün elə də asan deyil.
- Vladimir Putin əvvəllər bir neçə dəfə demişdi ki, ölkəsinə qarşı təhdid olarsa, nüvə silahı tətbiq edəcək. Niyə indi buna getmədi? Axı Rusiyanın təhlükəsizliyi təhdid altında idi.
- Ciddi təhlükə yox idi. Həm də Putin nüvə şantajından sadəcə digərlərini qorxutmaq üçün istifadə edir.
- Bundan sonra Sergey Şoyqu və Yevgeni Priqojinin taleyi necə olacaq?
- Biri öləcək, digər qəhrəman olacaq. Bunu əminliklə deyirəm. Amma hansının taleyinin necə olacağını konkret olaraq proqnozlaşdırmaq çətindir.
- Qərb bu prosesdə hansı rol oynayır?
- Şübhəsiz, çox az ölkə Kiyevə bu proseslərdən istifadə etmək barədə tövsiyə verməyə bilər. Etiraf edək ki, Ukrayna üçün yaxşı fürsət yaranıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1095 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan hərbçimizlə bağlı sualı cavabsız qoydu: "Cümə axşamını gözləyin"
Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər. xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. Yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansıs
6 oktyabrCənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabrRusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb. Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərb
5 oktyabrSepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb
İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır. xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib. Məlumat
6 oktyabrTarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar
5 oktyabrHörmüz boğazındakı vəziyyət qlobal ərzaq böhranına səbəb ola bilər
"The Wall Street Journal" (WSJ) qəzetinin Beynəlxalq Ticarət Palatasının (ICC) baş katibi Con Dentonun bəyanatına istinadən verdiyi məlumata görə, Hörmüz boğazında nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər. xəbər verir ki, məqalədə deyilir ki, "Yaxın Şərqin həyati əhəmiyyətl
5 oktyabrHind okeanında yeni köpəkbalığı növü kəşf edilib
Okean planetin səthinin böyük hissəsini əhatə edir və inanılmaz sayda növə ev sahibliyi edir ki, bunlardan bəziləri hələ də elmə məlum deyil. xəbər verir ki, Mavriki sahillərində cənub-qərbi Hind okeanının dərin sularında tamamilə yeni bir işıq saçan köpəkbalığı növü kəşf edilib. Yeni növə köpəkbalığını
6 oktyabrHindistanda evə soxulan bəbir altı nəfəri yaraladı
Hindistanın Çhattisqarh əyalətinin Mahasamund rayonunda bir kənd evinə girən bəbir altı nəfəri yaralayıb. xəbər verir ki, bu barədə yerli "Times of India" qəzeti məlumat yayıb. Nəşr bildirib ki, "Şənbə axşamı bəbir Mahasamund ərazisindəki bir evə girib və ailənin altı üzvünə hücum edib"
5 oktyabr