Fransada yeniyetmənin öldürülməsi Makron hökuməti ilə bağlı yenidən narazılıq yaradıb
Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi bu ölkənin hakimiyyət orqanlarının tənqid edilməsinə səbəb olub. Uzun müddətdir ki, davam edən problemlər və ictimaiyyətin Makron hökumətinə qarşı narazılığı da üzə çıxıb. Son insident Fransa cəmiyyətində növbəti qəzəb və hiddət dalğasına səbəb olub və Prezident Emmanuel Makron ciddi ittihamlarla üzləşib.
Fransa cəmiyyətində polis zorakılığı, irqçilik və digər sosial problemlər beynəlxalq medianın mövzusuna çevrilib. Üstəlik, təkcə polis zorakılığı deyil, həm də hökumətin belə hadisələrə reaksiyası da ciddi müzakirə edilir.
Bir çox fransız və beynəlxalq nəşrlərdə dərc olunan məqalələrdə qeyd edildiyi kimi, bu hadisə hələ "aysberqin görünən hissəsi"dir, çünki Fransada polis zorakılığı fərdi hal deyil. Belə ki, Fransa hüquq-mühafizə sistemində ciddi problemlər var.
Əslində, davam edən iğtişaşların Paris ətrafı ərazilərdən ölkənin digər bölgələrinə yayılması E.Makronun narahatlığına və hətta böhranla əlaqədar hökumət iclasını çağırmaq üçün Brüsseldə keçirilən Avropa İttifaqı Şurasının sammitindən ölkəsinə geri dönməsinə səbəb olub.
CNN-in məlumatına əsasən, iğtişaşların davam etməsi hökumətin gündəminə böyük zərbə olacaq: "Makron və nazirləri ilin çox hissəsini çox populyar olmayan pensiya islahatlarının nəticələri ilə mübarizə aparmağa sərf ediblər. Bu islahat kifayət qədər mübahisələrə səbəb olub. Odur ki, hökumət ölkəni birləşdirmək üçün 100 günlük planı işə salmağı zəruri hesab edib". Amma bu plan da yeni böhran səbəbindən yarımçıq qalıb.
Amma məlum olub ki, E.Makron hətta ölkədə nümayişlər və iğtişaşlar olarkən belə istirahətindən qalmır. Belə ki, sosial şəbəkələrdə Elton Conun iyunun 28-də Parisdəki konsertindən fotolar yayılıb. Fotolardan görünür ki, Makron və onun həyat yoldaşı britaniyalı müğənni ilə mehriban şəkildə söhbətləşirlər.
Britaniyanın "İndependent" nəşrində dərc olunan məqalədə bildirilib ki, Fransada polisin yeniyetməni öldürməsindən sonra iğtişaşların baş verməsinə baxmayaraq, E.Makron Parisdə E.Conun konsertində iştirak edib və bu, insanların qəzəbinə səbəb olub.
Beləliklə, E.Makron birinci şəxsin necə davranmamalı olduğunu göstərib. Baş verənlərə əsasən söyləyə bilərik ki, Fransa Prezidenti və hökuməti cəmiyyətin üzləşdiyi problemlərin öhdəsindən gələ bilmir. Birinci şəxs Fransa vətəndaşlarının gözləntilərinin əksinə olaraq, mərhəmət, liderlik keyfiyyətləri nümayiş etdirməyib və insanları öz ətrafında birləşdirməyib. Şübhəsiz ki, hakimiyyətin onsuz da aşağı olan reytinqi daha da düşəcək.
Report.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 998 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan hərbçimizlə bağlı sualı cavabsız qoydu: "Cümə axşamını gözləyin"
Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər. xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. Yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansıs
6 oktyabrCənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabrRusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb. Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərb
5 oktyabrSepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb
İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır. xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib. Məlumat
6 oktyabrTarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar
5 oktyabrHörmüz boğazındakı vəziyyət qlobal ərzaq böhranına səbəb ola bilər
"The Wall Street Journal" (WSJ) qəzetinin Beynəlxalq Ticarət Palatasının (ICC) baş katibi Con Dentonun bəyanatına istinadən verdiyi məlumata görə, Hörmüz boğazında nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər. xəbər verir ki, məqalədə deyilir ki, "Yaxın Şərqin həyati əhəmiyyətl
5 oktyabrHind okeanında yeni köpəkbalığı növü kəşf edilib
Okean planetin səthinin böyük hissəsini əhatə edir və inanılmaz sayda növə ev sahibliyi edir ki, bunlardan bəziləri hələ də elmə məlum deyil. xəbər verir ki, Mavriki sahillərində cənub-qərbi Hind okeanının dərin sularında tamamilə yeni bir işıq saçan köpəkbalığı növü kəşf edilib. Yeni növə köpəkbalığını
6 oktyabrHindistanda evə soxulan bəbir altı nəfəri yaraladı
Hindistanın Çhattisqarh əyalətinin Mahasamund rayonunda bir kənd evinə girən bəbir altı nəfəri yaralayıb. xəbər verir ki, bu barədə yerli "Times of India" qəzeti məlumat yayıb. Nəşr bildirib ki, "Şənbə axşamı bəbir Mahasamund ərazisindəki bir evə girib və ailənin altı üzvünə hücum edib"
5 oktyabr