"Eşitdim ki, arvadım bacımın əri ilə münasibətdədir" - Suraxanıdakı cinayətin təfərrüatı
Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Zaur ailə münaqişə zəminində yeznəsi Toğrula (adlar şərti verilib - red.) xəsarət yetirib.
Sonxeber.az xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 6-da baş verib. Zaur Toğrulun kürək nahiyəsindən bıçaqla vurub.
İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1999-cu ildə Xumarla ailə həyatı qurub:
"Təqribən 1 il əvvəl Xumarla aramızda mübahisə yarandı. Bundan sonra Xumar bacımgillə yaşamağa başladı. Nə qədər çağırsam da, evə gəlməkdən imtina etdi. Bir müddət əvvəl Xumarın bacım Səidənin əri Toğrulla münasibətləri barədə məlumat eşitdim. Bu səbəbdən hadisə günü saat 18.30-da Toğrulgilin yaşadığı Əmircan qəsəbəsindəki ünvana gəldim ki, onun özündən məsələ ilə əlaqədar maraqlanım.
İbadət əhli olan Toğrulun məsciddən çıxdığını gördüm. Onu çağırıb məsələ ilə bağlı izah istədim. Arvadımın özünün onunla olmaq istədiyini dedi. Bu zaman onun danışıqlarına dözə bilmədim. Üzərimdə gətirdiyim bıçaqla kürək nahiyəsindən bir bıçaq vurdum. Bu zaman evdən çıxan bacım və arvadım qışqırdılar. Bunu gördükdə həmin yerdən uzaqlaşaraq evimə gəldim".
Zaur qeyd edib ki, Toğrulu cəzalandırmaq üçün bıçaqla onun üzərinə gedib: "Bıçağı hadisədən sonra hara tulladığımı unutmuşam. Toğrulu etdiyi hərəkətə görə cəzalandırmaq istəmişəm".
İş üzrə zərərçəkmiş Toğrulun sözlərinə görə, Zaur onun qaynıdır: "Zaur problemli şəxs olduğu üçün onunla danışmamışam. Bir müddətdir keçmiş həyat yoldaşı Xumarla münasibətdə məni günahlandırırdı. Ancaq mənim Xumarla qohumluqdan başqa hər hansı bir əlaqəm olmayıb".
Zərərçəkmiş qeyd edib ki, hadisə günü evdə olan zaman həyətin darvazasının möhkəm döyüldüyünü eşidib: "Evdən çıxıb darvazanı açdım. Bu zaman Zaur mənə daş atdı. Əyildiyimdən daş mənə dəymədi. Zaur üstümə hücum çəkdi və məni vurdu, yerə yıxıldım. Səs-küyə evdən yoldaşım Səidə çıxdı, Zaur qaçaraq getdi. Ayağa qalxdıqda sol kürək nahiyəmdən qan axdığını gördüm. Başa düşdüm ki, Zaur mənə bıçaqla xəsarət yetirib. Təcili tibbi yardım çağırdıq. Məni xəstəxanaya apardılar".
Suraxanı rayon Məhkəməsinin hökmü ilə Zaur 6 ay müddətə azadlıqdan məһrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 4050 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabrUniversitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqustƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrŞəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus
22 sentyabrTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqustGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqust