"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO

"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO"The New York Times" qəzeti "Titan" sualtı aparatının "Titanik"in dağıntıları üzərinə enməsi üçün hazırlıqların necə aparıldığını və sərnişinlərinin həyatının son saatlarını təsvir edib. Nəşr enişi təşkil edən "OceanGate Expeditions"ın reklam materiallarını araşdırıb, həmçinin batiskaf faciəsi nəticəsində ərini və oğlunu itirmiş Kristin Davudla (bundan əvvəlki dalma zamanı dalğıc olub) danışıb.

"OceanGate" şirkəti isə "The New York Times"ın müsahibə tələblərini rədd edib.

Aparatın son enişi iyunun 18-də baş tutub. İştirakçılar əvvəlcədən gəldikləri "Polar Prince" gəmisində ekspedisiyaya hazırlaşıblar. Komanda gündə iki dəfə ümumi yığıncaq keçirib və orada digər məsələlərlə yanaşı, təhlükəsizlik və eniş üçün hazırlıqlar müzakirə edilib. Bəzən bu görüşlərdə "Titanik" filmi nümayiş etdirilib.

Nəşrin məlumatına görə, "OceanGate"in məqsədi dalma üçün pul ödəmiş sərnişinlərin missiyanın passiv iştirakçıları olmadıqlarına əmin olmaq olub: şirkət onlara "turist" və ya "müştəri" deyil, "missiya mütəxəssisləri" kimi müraciətdə israr edib.

"Titan" üçün bilet 250 000 dollar olub, amma razılaşma yolu ilə azaldıla biləcəyi də qeyd edilib.

Eniş günü, iyunun 18-də "Titan" sərnişinləri səhər saat beşdə göyərtədə toplaşıblar. Bu zaman "OceanGate" komandası batiskafın dalmadan əvvəlki son hazırlıqlarını tamamlayıb.

"Onların bütün hərəkətləri nizamlı görünürdü, aydın idi ki, onlar bunu dəfələrlə ediblər", - deyə Kristin Davud xatırlayır.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTONYT-nin yazdığına görə, göyərtəyə toplaşanlar dalma planını bir daha müzakirə ediblər: bunun 12 saat çəkməli olduğu güman edilirdi, bunun dörd saatı "Titanik"in qalıqlarının araşdırılmasına ayrılmışdı.

"Titan" pilotu və "OceanGate" şirkətinin baş direktoru Stokton Raş suya dalmadan əvvəl "şlaksız" pəhrizə riayət etməyi və səhərlər qəhvə içməməyi (ayaqyolu məsələsində məhdud imkan səbəbindən) tövsiyə edib.

O, həmçinin, isti corab və papaq geyinməyi, ayaqları islatmamağı, suya dalma zamanı pəncərələrdən heç nəyə baxmamağı məsləhət görüb - onsuz da aparatın işıqlandırması "Titanik"in qalıqlarına baxış zamanı lazım olacaq enerjiyə qənaət üçün söndürülmüş olacaqdı.
Raş sərnişinlərə göyərtədə dinləmək üçün sevimli mahnılarını telefonlarına yükləməyi də təklif edib, amma kantri musiqi seçməkdən çəkinmələrini istəyib.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTODalma iştirakçılarına səhər saat 7:30-da sualtı qayığa minməyə hazır olmaları bildirilib. Sərnişinlər suyadavamlı şalvar və gödəkçələr, həmçinin polad burunlu çəkmələr, xilasedici jiletlər və dəbilqələr geyiniblər. Bundan sonra onların hər birinin çəkisi ölçülüb və "Titan"a minmələrinə yardım edilib.

Qəzetin məlumatına görə, aparat daxildən oturacaqları olmayan yolsuzluq avtomobilinə bənzəyib. Döşəmədə rezin döşək, tavanda tutmaq üçün iki tutacaq olub. Sonra lük aşağı salınıb, boltlar əlavə olaraq bərkidilib və aparat dalmağa başlayıb.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTOİyunun 18-də eniş başlayandan təxminən 1 saat 45 dəqiqə sonra "Titan" "Polar Prince"lə əlaqəni kəsib. Onun qalıqları dörd gün sonra, 1912-ci ildə batan "Titanik" gəmisindən 488 metr aralıda "Pelagic Research" şirkətinin robotlaşdırılmış dərin dəniz zondunun köməyi ilə aşkar edilib. "Titan"ın bütün sərnişinləri - pakistanlı iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, britaniyalı iş adamı Hemiş Hardinq, fransız okeanoloq Pol-Henri Narjole və Stokton Raş - həlak olublar.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTOİyunun 23-də ABŞ Sahil Mühafizəsi bildirib ki, tapılan dağıntılara əsasən, gəmidə imploziya - yəni içəriyə doğru partlayış baş verə bilərdi.

Xatırladaq ki, bundan əvvəl "OceanGate" şirkətinin sahibi Stokton Raş ilə "Titanik"də həlak olan iki sərnişin arasında qohumluq əlaqələri üzə çıxmışdı.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1938   Tarix: 03 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixdə ilk dəfə evtanaziyalı donordan üz köçürüldü

İspaniyada pasiyent evtanaziya tətbiq edilmiş donordan alınan üz transplantasiyası sayəsində yeni simaya qovuşub. bu barədə "Euronews" telekanalına istinadən xəbər verir. Məlumata görə, Barselonada yerləşən Val-d"Ebron Universitet Klinikası tarixdə ilk dəfə olaraq evtanaziya tətbiq edilmi

3 fevral
.

10 min nəfərlik cinayətkar imperiyanı idarə edən 11 nəfər edam olundu

Çində Myanmada mafiya tipli dələduzluq mərkəzlərini idarə edən və qaçmağa cəhd göstərən işçiləri öldürən məşhur Min ailəsinə məxsus cinayət qruplaşmasının 11 üzvü edam edilib. Bu barədə cümə axşamı Çin dövlət KİV-ləri məlumat yayıb. xarici mediaya istinadla bildirir ki, Min ailəsi Myanmanın şimalındak

29 yanvar
.

Voleybol zamanı topu bilmədən tamaşaçıya vuran oyunçu baş əyərək üzr istədi - VİDEO

Yaponiyada keçirilən voleybol oyununda baş verən xoşagəlməz hadisə idmançının davranışı ilə böyük rəğbət qazanıb. xarici mediaya istinadən xəbər verir ki, matç zamanı servis atışı edən yapon voleybolçu topa zərbə vurarkən onu nəzarətdən çıxarıb və top tribunada oturan bir şəxsin başına dəyib. Gözlənilmə

2 fevral
.

Bunları çarpayının altına qoysanız, istilik və işıq olmadan SOYUQDAN QORUYACAQ

Qış aylarında elektrik və isitmə sistemi olmadıqda evdə soyuqdan qorunmaq ciddi problemə çevrilir. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu halda çarpayının altına qoyulan bəzi sadə əşyalar belə bədəni soyuqdan qismən də olsa qoruya bilər. Belə ki, çarpayının altına qalın yorğan-döşək, köhn

31 yanvar
.

Hansı iş növü stres səviyyəsini daha çox artırır?

İnsanın öz işi ilə məşğul olması stresin yığılmasını sürətləndirir - bu cür çalışan şəxslərdə altı il ərzində stres səviyyəsi muzdlu işçilərlə müqayisədə 24% artıb. xəbər verir ki, bu qənaətə ABŞ-nin Notr-Dam Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri "Journal of Business Venturing"

30 yanvar
.

Dezinfeksiyaedici salfetlərlə heç vaxt silməməli olduğunuz 10 şey

Nəm salfetlər sürətli təmizlik üçün əvəzolunmaz köməkçiyə çevrilib. Amma bu, bahalı mebeli korlaya və uşaqlara zərər verə bilər. xarici mediaya istinadla xəbər verir ki, şam yeməyi yeyilib, çuqun tava yuyulubsa, artıq "işi bağlamaq" və yataq otağına getmək vaxtıdır. Son zamanlar insanlar dezinfeksiyaedic

2 fevral
.

Avropadakı çörəklər niyə həzm problemi yaratmır?

Bir çox səyahətçinin ortaq müşahidəsi budur: "Xaricdə doyunca çörək yeyirəm, amma mədəm ağrımır". Bunun səbəbi yalnız "tətil ruhu" və ya az stres deyil, çörəyin hazırlanma prosesindəki köklü fərqlərdir. xəbər verir ki, Avropada çörəklər əsasən təbii turş xəmir ilə hazırlanır və fermentasiy

1 fevral
.

Zibil qabına atdığımız şəfa: Kivini qabığı ilə yeməyin faydaları

Səhər yeməyi bağırsaq sisteminin düzgün işləməsini təmin edir və gün ərzində həzm prosesini dəstəkləyir. xəbər verir ki, bu barədə "Parade" nəşrinə müsahibəsində gastroenteroloq Rozario Liqresti danışıb. Həkim bildirib ki, səhər yeməyində yol verilən geniş yayılmış səhvlər həzm sisteminə mənf

3 fevral
.

Göz yaşları ruhun dərmanıdır: Həftədə 2 dəfə ağlamağın faydalı olmasının 6 inandırıcı səbəbi

Müasir cəmiyyətdə ağlamaq qəbul edilmir. Ancaq boş yerə: psixoloji sağlamlıq üçün çox faydalıdır. xarici mediaya istinadla sizə emosiyalarınızı niyə atmalı və bunu nə qədər tez-tez etməli olduğunuzu təqdim edir. Ağlamaq istəyi müəyyən bir vəziyyət güclü mənfi və ya müsbət emosiyalar doğurduqda baş verir

1 fevral