Avropadakı çörəklər niyə həzm problemi yaratmır?
Bir çox səyahətçinin ortaq müşahidəsi budur: "Xaricdə doyunca çörək yeyirəm, amma mədəm ağrımır". Bunun səbəbi yalnız "tətil ruhu" və ya az stres deyil, çörəyin hazırlanma prosesindəki köklü fərqlərdir.
Milli.Az xəbər verir ki, Avropada çörəklər əsasən təbii turş xəmir ilə hazırlanır və fermentasiya (acıtma) prosesi 12, 24, hətta 48 saat davam edir. Bu uzun müddətdə maya glüteni qismən parçalayır və nişastanı həzmə hazır hala gətirir.
Sənaye üsulunda isə çörək zamana deyil, sürətə əsaslanır. Bir neçə dəqiqəyə xəmiri qabardan kimyəvi sürətləndiricilər istifadə olunur. Nəticədə çörək bişir, amma bədən üçün hələ "hazır" olmur.
Hər həzm problemi olan şəxs glütenə qarşı həssas deyil. Əsl problem buğdada təbii olaraq tapılan FODMAP adlı fermentasiya oluna bilən karbohidratlardır. Uzunmüddətli fermentasiya bu maddələrin miqdarını azaldır, sənaye üsulu ilə hazırlanan "sürətli" çörəklərdə isə bu maddələr parçalanmadığı üçün bağırsaqlarda şişkinlik və qaz yaradır.
Avropanın bir çox yerində hələ də yerli və qədim buğda növləri (məsələn, Siyəz və ya qədim İtalyan növləri) istifadə olunur. Bu növlərdə protein və glüten miqdarı müasir, məhsuldarlıq üçün genetikası dəyişdirilmiş buğdalara nisbətən daha azdır.
Müasir kənd təsərrüfatında buğda daha "güclü" (yüksək glütenli) olsun deyə modifikasiya edilir. Bu, çörəyin daha yaxşı qabarmasına kömək etsə də, insan mədəsi üçün ağır yükdür.
Avropa Birliyində qida qatqı maddələrinə nəzarət olduqca sərtdir. Bir çox ölkədə çörəyin strukturunu düzəltmək və raf ömrünü (istifadə müddətini) uzatmaq üçün istifadə olunan emulqatorlar və ferment qarışıqları Avropanın ənənəvi fırınlarında istifadə edilmir.
Tətildə daha çox yeriyirik, daha gec yeyirik və stresimiz az olur. Bağırsaq-beyin əlaqəsi sayəsində həzm sistemi daha səmərəli işləyir. Lakin eyni miqdarda çörəyi fərqli ölkələrdə yeyən insanların fərqli reaksiya verməsi göstərir ki, məsələ sadəcə psixoloji deyil, həm də biolojidir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2184 Tarix: 01 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabr