Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir.
Ekonom sinif rent a car avtomobilləri
Az yanacaq sərf edən və münasib qiymete maşın axtaranlar ekonom sinif avtomobillərə üstünlük verirlər. Hyundai accent, Kia rio və Toyota yaris bu qrupa daxildir. Bu maisnlar kiçik ölçülərinə görə rahat idarə olunur. Dar küçələrdən keçmək və avtomobili park etmek asandır. Yanacaq sərfiyyatı da az olur.
Ekonom sinif avtomobillər əsasən bir və iki nəfərlik səfərlər üçün əlverişlidir. Ailə ilə səyahət zamanı isə baqajın həcmi problem yaradır. Bir neçə böyük çamadanı yerləşdirmək çətin olur. Avtomobil seçərkən sərnişin sayını və götürəcəyiniz əşyaları nəzərə alın.
Hyundai Accent gündəlik 30 AZN, Kia Rio 35 AZN, Toyota Yaris isə 40 AZN qiymetine icarəyə verilir. Uzunmüddətli icarədə qiymətlər daha ucuz olur.
Sedan avtomobillər hansı üstünlükləri ilə seçilir?
Rent a car xidmetinde ən çox rast gəlinən avtomobillərdən biri sedanlardır. Toyota corolla, Hyundai elantra və Kia cerato bu sinfə daxildir. Sedanlar şəhər və rayonlararası yollarda rahat istifadə olunur. Baqaj hissəsi ekonom avtomobillərdən genişdir. Salonunda dörd nəfər rahat əyləşir. Beş nəfərlik səfərlərdə isə arxa oturacağın eni nəzərə alınmalıdır.
Sedan avtomobillərin avtomatik sürətlər qutusu olan modellərinə maraq var. Tıxacda sürəti əl ilə dəyişməyə ehtiyac qalmır. Uzun yolda kondisioner və kruiz-kontrol kimi funksiyalar rahatlıq yaradır. Sedanlar yanacaq sərfiyyatı və komfort baxımından yaxsidir.
SUV və krossover avtomobillər niyə seçilir?
Ailə ilə səyahət edərkən geniş salonlu maşına ehtiyac yaranır. Hyundai tucson, Kia sportage, Toyota rav4 və Nissan qashqai modelleri daha uyğundur. Bu avtomobillərdə oturacaq mövqeyi sedanlardan hündürdür. Sürücü yolu rahat görür. Salonun geniş olması uzun səfərlər üçün rahatdır.
Krossoverlər baqaj həcminə görə də seçilir. Arxa oturacaqlar qatlandıqda iri əşyalar üçün yer açılır. Lakin bütün krossoverlər çətin yollar üçün uyğun deyil. Bəzi modellər ön təkərlərdən çəkişlidir. Dağlıq ərazilərə gedərkən avtomobilin hündürlüyünə və ötürücü sisteminə baxılmalıdır. Asfalt yollarda isə adi krossoverlər ailə səfərləri üçün uygundur.
Ailə üçün hansı rent a car avtomobilləri uyğundur?
Uşaqlarla səfərə çıxarkən avtomobildə uşaq arabası, çamadanlar və digər əşyalar üçün kifayət qədər yer olmalıdır. Toyota highlander, Kia sorento və Hyundai santa fe modellərinin geniş salonu var və ailə səfərləri üçün yaxsidir. Bu avtomobillərin bəzi komplektasiyalarında yeddi oturacaq var. Üçüncü sıra oturacaqlar açıldıqda isə baqajın həcmi azalır.
Yeddi nəfərlik avtomobil icarəyə götürərkən sərnişinlərin yeri və baqaj yoxlamaq lazımdır. Bütün oturacaqlar istifadə olunacaqsa, iri çamadanlar baqaja sığmaya bilər. Kiçik uşaqlar üçün yaşına və çəkisinə uyğun təhlükəsizlik oturacağı olmalıdır. Rent a car Baku şirkətindən uşaq oturacağını sifariş etmək mümkündürsə, dəqiqləşdirmək lazımdır. Arxa sırada kondisioner çıxışlarının olması da uşaqların rahatlığı üçün faydalıdır.
Premium rent a car avtomobilləri
Komfortlu avtomobil axtaranlar Mercedes-Benz E-Class, BMW 5 Series və Audi A6 kimi modellərə üstünlük verirlər. Bu maşınlar geniş salonu və rahat oturacaqları ilə seçilir. Yolun səsi salona az keçir. Oturacaqların elektriklə tənzimlənməsi rahat oturuş mövqeyi tapmağa kömək edir. Bəzi modellərdə oturacaqların isidilməsi və havalandırılması da var.
Premium avtomobillərin icarə qiymeti fərqli olur. Yanacaq xərci də seçilən mühərrikdən asılıdır. Belə maşın götürərkən sığorta şərtlərinə diqqət yetirin. Avtomobilin üzərində olan cızıqlar təhvil zamanı qeyd edilməlidir. Depozitin hansı hallarda tutulduğunu da müqavilədən öyrənmək lazımdır.
Miniven və mikroavtobuslar kimlər üçün uyğundur?
6-8 nəfərlik qruplar üçün sedan avtomobillər uyğun deyil. Belə səfərlərdə Mercedes-benz v-class və Volkswagen caravelle kimi minivenlər seçilir. Bu avtomobillərdə sərnişinlər rahat yerləşirlər. Bir neçə avtomobil icarəyə götürməyə ehtiyac qalmır. Geniş salon və sürüşən yan qapılar sərnişinlərin minib-düşməsini asanlaşdırır.
Miniven icarəyə götürərkən oturacaq sayı və baqajın həcmi yoxlanılmalıdır. Bütün oturacaqlar dolu olduqda iri çamadanlar üçün yer az qalır. Buna görə sərnişinlərin sayı və çamadanların ölçüsü dəqiqləşdirilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi
Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
Yevlaxda ağır qəzada 2 nəfər öldü
Rusiya Ukraynanı bombaladı
Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA
"20 Yanvar"da qəza - Motosikletçi öldü