Vahid Ələkbərov Rusiyada sərvəti artan milyarderlər siyahısında ilk yerdə
Azərbaycan əsilli rusiyalı milyarder, "LUKOIL"un təsisçisi Vahid Ələkbərov ən çox varlanan rusiyalılar siyahısında ilk yerdədir. İlin əvvəlindən o, 4,8 milyard dollar qazanıb, kapitalı isə 20,2 milyard dollara çatıb.
Bu barədə "Bloomberg Billionaires Index"in hesabatından məlum olur.
Bildirilir ki, 500 ən zəngin adamın adının qeyd olunduğu siyahıda 24 rusiyalı var. 2023-cü ilin əvvəlindən bəri onlar 16,5 milyard dollar zənginləşiblər.
Ən çox qazanc əldə edən rusiyalı milyarderlər siyahısını Ələkbərovdan sonra Novolipetsk Metallurgiya Kombinatının direktorlar şurasının sədri Vladimir Lisin davam edir. Bu müddət ərzində o, 3,22 milyard dollar qazanıb, aktivləri 23,1 milyard dəyərində qiymətləndirilib.
İlk üçlüyü "Novatek" və "Sibur" şirkətlərinin rəhbərlərindən biri Leonid Mixelson bağlayıb. O 1,5 milyard dollar varlanıb, sərvəti isə 26,1 milyard dollara yüksəlib.
Qeyd edək ki, bundan əvvəl "Forbes" rusiyalı milyarderlərin ən zəngin varislərini sıralamışdı. Bu siyahıya Vahid Ələkbərovun yeganə oğlu Yusif başçılıq edib. Reytinqdə ikinci yeri "EuroChem Group AG" şirkətinin yaradıcısı Andrey Melniçenkonun övladları, üçüncü yeri isə Leonid Mixelsonun varisləri tutub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl bahalaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,67% artaraq 4 018,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c
18 iyulAzərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır. Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşki
13 iyunŞirinləşdirilməmiş suların istehsalı artıb
Bu ilin birinci yarısında ölkədə 17009,0 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 11,5 faiz çoxdur. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təkcə iyun ayında 3 584,2 min dkl şirinləşdirilməmiş sular istehsal olunu
6 avqustQlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb
Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub
20 iyunGürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur. Hesabat dövründə Gürcüstan ilə ticarə
5 iyulDGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"
"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır". xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnik
25 iyunYenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans
3 iyul