Fransalı ekspert: "Paris hökuməti müxalifəti sıxışdırır"
"Fransa hökuməti ölkədə müxalifəti sıxışdırır".
Bu fikirləri "Report"un yerli bürosuna böhranlar zamanı kommunikasiya üzrə ekspert və təşkilatlar yanında strateji məsləhətçi Jan-Fransua Düma bildirib.
Onun sözlərinə görə, Fransada baş verən bugünkü böhran və son hadisələr 20 ildən çoxdur ki, ölkədə aparılan yanlış siyasətin əlamətlərindən biridir:
"Hazırda ölkədə baş verənlərə ölkə rəhbəri Emmanuel Makron biganə münasibət bəsləyir. Parisətrafı şəhərlərdə əhalinin çox ciddi inteqrasiya problemi var. Əgər bu gün oradakı insanlar bizə, tariximizə, cəmiyyətimizə qarşı münaqişəyə giriblərsə, burada yalnız özümüz günahkarıq. Emmanuel Makron gəlmələri ölkəyə buraxır. Bunun müqabilində ölkədə onları qəbul etmək, yerləşdirmək, mənzillə təmin etmək, inteqrasiyalarını təmin etmək üçün heç bir şərait yoxdur.
Miqrantlar ictimai yerlərdə dağıntılar törədir, ticarət obyektlərini talan edirlər. Çünki bilirlər ki, onlara münasibətdə ciddi tədbirlər görülməyəcək. Son hadisələr zamanı dəyən maddi ziyanın müqabilində biz çox az sayda insanın həbs edildiyinin şahidi olduq".
Jan-Fransua Düma hökumətin müxalifətin fəaliyyətini məhdudlaşdırdığını deyib:
"Ölkə prezidentinin fəaliyyətinin ilk beşilliyi müddətində "sarı jiletlilər" etiraz aksiyaları keçirdilər. Lakin insanlar əbəs yerə bir ilə yaxın etiraz etdilər, özlərini boş yerə yordular. Onların tələblərinə baxılmadı və heç bir tədbir görülmədi. Makrona vaxtilə səs verənlər bu gün onun siyasəti ilə razı deyillər. Makron müxalifətin fəaliyyətini məhdudlaşdırmağa nail olub. Bu gün ölkədə artıq nə sosialistlər, nə sağçılar, nə də kommunistlərin fəaliyyətləri qalıb. Fransada bu gün yalnız ifrat solçuların səsi eşidilir ki, onlar da özlərini hədsiz dərəcədə aqressiv göstərməklə tanınırlar".
Ekspert Fransa polisinin bugünkü ağır iş şəraitinə də toxunub:
"Atəş açan polisin soyuqqanlığını itirməsi bizi təəcübləndirir. Bu gün Fransa polisi ağır iş şəraitində çalışır. Belə ki, işin həcmi çox, polisi say və gəlirləri azdır. Onlarla pis rəftar olunur, üzərlərinə içki butulkaları atılır. Fransada bu gün elə məhəllələr var ki, ailə həkimləri o ərazilərə girməkdən ehtiyat edirlər. Parisətrafı rayonlarda üstlərində silah gəzdirənlər var ki, ölkə prezidenti bütün bunlara tamamilə biganə münasibət göstərir".
J.Düma bu gün Fransa tarixində çox qəmgin bir səhifənin yaşadıldığını bildirib:
"Bu gün ölkəmizin borcu rekord həddə çatıb. Bizim ödədiyimiz vergilərin hara getdiyini heç bilmirik. Hesab edirəm ki, Emmanuel Makron Fransanı sevmir. Fransanın tarixi, mədəniyyəti bu gün Avropa İttifaqı tərkibindən silinmək üzrədir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 918 Tarix: 03 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO
Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını
17 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu
Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ
16 sentyabr 2021Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO
Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur
17 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021