İran məhkəməsi Ukrayna təyyarəsinin vurulması ilə bağlı yekun qərarını verib
İran məhkəməsi Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan 10 nəfərlə bağlı yekun qərarını verib.
Bu barədə İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bugünkü mətbuat konfransında danışıb.
"Qəzanın İran ərazisində baş verdiyini nəzərə alaraq, məhkəmə işi tam araşdırıb və bu qəzaya görə məsuliyyət daşıyan 10 məmurla bağlı yekun qərar qəbul edib", - deyə diplomat bildirib.
Qeyd edək ki, aprel ayında İran məhkəməsi 10 hərbçi barəsində hökm çıxarmışdı. "Tor M-1" zenit-raket kompleksinin ekipaj komandiri 13 il müddətinə azadlıqdan məhrum edilib, "Tor M-1" ekipajının hərbçiləri və Tehrandakı Regional Əməliyyatlara Nəzarət Mərkəzinin nümayəndələri də daxil olmaqla, iş üzrə doqquz digər təqsirləndirilən şəxs 1,5-3 il müddətinə həbsə məhkum olub. Məhkəmə qərarına əsasən, onlar həlak olanların ailələrinə hər ölən şəxsə görə 150 min dollar məbləğində təzminat ödəməlidirlər.
Xatırladaq ki, Kiyevə yollanan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" 8 yanvar 2020-ci ildə Tehran hava limanından qalxdıqdan qısa müddət sonra partlayıb. Ölən 176 nəfər arasında Əfqanıstan, İngiltərə, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olub. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan "Boeing"i səhvən vurduqlarını və təyyarəni "düşmən hədəfi"ylə səhv saldıqlarını açıqlayıblar.
Mənbə: Tasnim
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 975 Tarix: 03 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
6 oktyabrABŞ-İran müharibəsində son vəziyyət: Hörmüzlə bağlı gərginlik davam edir
ABŞ-İran müharibəsində əsas diqqət hazırda Hörmüz boğazına yönəlib. İran tərəfi boğazın tam açılması üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir. Tehran ABŞ-a mövqeyini vasitəçilər üzərindən çatdırsa da, İran rəsmiləri əlavə məsələlərin hələ Vaşinqtona bildirilməli olduğunu açıqlayıblar. Müharibəni
6 oktyabrThe Guardian: "Cənubi Koreyadan Rusiyaya yanacaq daşınması üzə çıxıb"
The Guardianın araşdırmasına görə, Cənubi Koreyadan Rusiyanın uzaq şərq limanlarına böyük həcmdə yanacaq daşınıb. Nəşrin liman sənədləri və gəmi izləmə məlumatları əsasında apardığı təhlilə görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanından Rusiyaya 176 min tondan çox yanacaq, əsasə
6 oktyabrƏfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb
Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir
4 oktyabrPaşinyan hərbçimizlə bağlı sualı cavabsız qoydu: "Cümə axşamını gözləyin"
Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər. xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. Yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansıs
6 oktyabrAlplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
5 oktyabrİspaniyada növbədənkənar seçki elan edildi
İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə
5 oktyabrVarlılar Britaniyanı tərk edir
Zəngin britaniyalılar və investorlar ölkəni tərk edir, bu isə Londonun qlobal maliyyə mərkəzi kimi mövqeyini zəiflədir. Bu barədə "Bloomberg" agentliyində məqalə dərc olunub . Məqaləyə görə, son iki ildə bu indeksə daxil olan Böyük Britaniyanı tərk emiş və ya ölkə ilə əlaqələrini zəiflədə
5 oktyabr