Nəcməddin Sadıkovun yaxın adamı azadlığa buraxıldı

Nəcməddin Sadıkovun yaxın adamı azadlığa buraxıldıMüdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və "N" saylı hərbi hissənin taqım komandiri müavini Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi xəbərə görə, Tərtər Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim İlqar Quliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsassızdır.

Hökmə əsasən, Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib.

Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

Qeyd edək ki, Z.Niftəliyev və E.Niftəliyev Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər.

Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilmişdi. Zahid Niftəliyevə həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Z.Niftəliyev rüşvət almaqdan əlavə, hərbçiləri qanunsuz olaraq öz bağ evində işlətməkdə təqsirləndirilirdi.

Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, "Şlyapa Zahid" ləqəbi ilə tanınıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2711   Tarix: 04 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus

22 sentyabr
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust