Ötən il Azərbaycanda qeydə alınan yeni vərəm xəstələrinin sayı AÇIQLANDI
"Ötən il Azərbaycanda 686 yeni vərəm xəstəsi aşkarlanıb".
"Report" xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova vərəmlə bağlı keçirilən multisektoral görüşdə çıxışı zamanı deyib.
O bildirib ki, keçən il Azərbaycanda vərəmə yoluxanların sayında artım müşahidə olunub:
"Ötən il həm ilkin, həm də təkrar xəstələr arasında 1 034 nəfər müalicəyə qoşulub. Vərəmlə xəstələnmə 28,4 faiz təşkil edib ki, onlardan 22,5 faizi ağciyər, 5,9 faizi isə ağciyərdənkənar vərəmdir. İlkin xəstələr arasında 75 faizə qədər vərəm mikrobakteriyası aşkarlayırıq, təkrar xəstələrdə bu rəqəm 93 faizə qədər təşkil edir".
İnstitut direktoru vurğulayıb ki, həmin müddətdə müalicə götürən vərəm xəstələri arasında 85 faizə qədər halda vərəm mikrobakteriyası aşkarlanıb:
"Təəssüf ki, dərmanadavamlı vərəm Azərbaycan üçün də problemdir. Bundan əziyyət çəkən xəstələrin sayı ötən il ilkin xəstələr arasında 11,9, təkrar xəstələr arasında 22,6 faiz təşkil edib. Müalicə nəticələrinə gəlincə, hələ ki ÜST-nin qoyduğu hədəflərə çata bilmirik. Amma həmin hədəfə çatmaq potensialımız var. Həssas xəstələrin müalicə uğuru 82, dərmana davamlı xəstələr arasında müalicə uğuru 62 faiz təşkil edir. Vərəmdən ölüm göstəricisi isə azalır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Son sutkada peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy
12 sentyabr 2021Koronavirusun simptomları dəyişdi
Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən
14 sentyabr 2021Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib
12 sentyabr 2021Arpa suyu - süd artıran vasitə
Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır
8 sentyabr 2021Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI
Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə
13 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18 sentyabr 2021Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!
Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar
13 sentyabr 2021Vitamin və minerallarla zəngin QİDALAR
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs
11 sentyabr 2021