"Bu ay yağıntı kənd camaatına divan tutdu" - ŞƏRH
İyun ayında 24 gün yağış yağıb. Rayonları, kəndləri sel suları basıb, təsərrüfatları məhv edib. Çaylar bol sulu dövrlərində axıb Xəzərə tökülüb duzlaşır, artığı da məcrasından çıxıb, torpaqları sıradan çıxarır, qara camaata toy tutur.
"Zərəri faydaya çevirmək üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. Sadə bir üsul var. Əcdadlarımız da istifadə edib, bu gün Afrikada yaşayan insanlar da bunu edir. Yağış – çay sularından uzanmüddətli faydalanmaq üçün quyular qazıb hazır saxlayırlar. Yağış yağanda, çaylar daşanda quyular dolur və insanlar öz təlabatlarını susuz zamanlardan bununla ödəyirlər".
Bunu Sonxeber.az-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, indi su anbarları yarada bilərik. Düzdür, son dövrlər bir neçə su anbarının (Güləbird və Qız Qalası) tikintisinə başlanılmışdır.
"Amma bu çox azdır. Sürətli şəkildə bu sahəyə ciddi investisiya ayrılmalıdır. Cənubi Qafqazın hər 100 litr suyunun cəmi 10 litri bizimdir. Onun da 70% qonşu olkələrədn gələn çaylar hesabınadır. Təmiz özümüzə məxsus olan 100 litr sudan cəmi 3 litrlik balon qədərdir.Su anbarları quraqlıq aylarında ölkənin, ələxsus da kənd təsərrüfatının suya olan təlabatının ödənilməsində əsas çıxış yoludur. O həm də yeni SES-lərin yaradılmasına, elektrik enerjisi istehsalına imkan verir. Eyni zaman da yağıntılı aylarda qara camaatın evini, torpağını, əkin-biçininin su basmasına ciddi mane olur.Bu ay yağıntı kənd camaatına divan tutdu. Təkcə dolu düşməsi 38 dəfə baş verib. Halbu ki, ötən il 18 gün olmuşdu.
Sel basması da iyun ayında nə az nə çox, düz 55 dəfə qeydə alınıb. Bu da dolu kimi rekord göstəricidir. Ehtimal ki, qarşıdakı aylarda əksinə olaraq, kənd təsərrüfatı susuzluqdan ciddi əziyyət çəkəcək.
Mən bu səhənin mütəxəssisi deyiləm, amma sadə məntiq deyir ki, belə durumda əsas xilaskar bəs qədər tikiləcək su anbarları ola bilər. Çayların aşıb daşan zamanında xilaskar olan su anbarları quraqlıqda yenə də xilaskar ola bilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrAzərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb
Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai
29 sentyabr