Milli Onkologiya Mərkəzinə köçürülən məşhur aparıcının son durumu AÇIQLANDI - YENİLƏNİB
"Natavan Babayevanın vəziyyəti yaxşıdır".
Bu barədə Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.
O bildirib ki, onun müayinələri davam etdirilir:
"Əhvalı yaxşıdır, özünü yaxşı hiss etdiyini deyir. Həkimlərimizin nəzarətindədir. O bu günə qədər müalicəsini Türkiyədə aparıb. Növbəti mərhələdə də müalicə pasiyentin öz seçiminə müvafiq qaydada davam etdiriləcək. Bu dəqiqə üçün vəziyyəti stabildir".
Qeyd edək ki, məşhur jurnalist, teleaparıcı Natavan Babayeva uzun müddətdir ki, süd vəzinin xərçəngindən müalicə olunur.
13:32
"Pasiyent Onkologiya Mərkəzinə ağır vəziyyətdə gətirilib. Hazırda həkimlər tərəfindən müayinə edilir".
Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın məşhur teleaparıcı Natavan Babayevanın durumu ilə əlaqədar sorğusuna cavab olaraq deyib.
O bildirib ki, N.Babayeva müalicəni Türkiyədə alırmış:
"Ağır vəziyyətdə müəssisəyə qəbul edilib. Həkimlərimiz əllərindən gələni edirlər. Pasiyent üçün nə lazımdırsa, hamısı ediləcək".
13:14
Ötən gün xəstəxanaya yerləşdirilən jurnalist, teleaparıcı Natavan Babayeva normal palataya köçürülüb. Huşu özündə olan jurnalist başqa tibb müəssisələrindən birinə göndərilib.
Bu barədə Oxu.Az-a "Liv Bona Dea" hospitalından məlumat verilib.
Bildirilib ki, həkim heyəti tərəfindən onun vəziyyəti stabilləşdirilib:
"O, ailəsinin dəstəyi ilə uzun illərdir müalicə aldığı onkoloji xəstəliklə əlaqədar zəruri tibb müəssisəsinə yerləşdirilib. Natavan Bayramova bizim hospitaldan çıxarılarkən özünü yaxşı hiss edirdi. Ona Allahdan şəfa diləyirik".
09:58
Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayeva dünən günün ikinci yarısında "Liv Bona Dea Hospital" xəstəxanasına yerləşdirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, jurnalist hazırda reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır.
İlkin məlumata görə, 24 saat həkim nəzarətində saxlanıldıqdan sonra həkim məsləhəti ilə normal palataya köçürüləcəyi barədə qərar veriləcək. Normal palataya köçürüldükdən sonra onun vəziyyətinin hansı səbəbdən ağırlaşması barədə həkimlər tərəfindən yekun rəy veriləcək.
Qeyd edək ki, tanınmış jurnalist Natəvan Babayeva uzun müddətdir ki, onkoloji xəstəlikdən müalicə olunurdu.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6213 Tarix: 06 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrMagistraturada "pullu"ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş alıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müvafiq ixtisaslar
5 oktyabrRamiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə dövlətçili
5 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabrNigar Camal heyvanlara zülm edənlərə dair: "Cəzalar artırılmalıdır"
Nigar Camal heyvanlara qarşı amansız rəftara görə tətbiq olunan cəzaların sərtləşdirilməsini tələb edib. "Yeni Sabah" xəbər verir ki, o, hamilə itin öldürülməsi ilə bağlı paylaşımında cərimələrin ən azı 3-5 dəfə artırılmalı olduğunu vurğulayıb. Müğənni qeyd edib ki, itin bətnində ən azı 6 bal
6 oktyabrBakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini
6 oktyabrBakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
5 oktyabrGürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın
5 oktyabr