"Azərsu" Dünya Bankına borcunu bağlayıb
"Azərsu" ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 255,329 milyon manat təşkil edib.
"Report" xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,8 % azdır.
Hesabat dövründə "Azərsu"yun Dünya Bankına borcu 100 % azalıb. Belə ki, qurum ötən il Banka 3,843 milyon manat borc qaytarıb.
Səhmdar cəmiyyətinin Maliyyə Nazirliyinə borcu 8,3 % artaraq 160,813 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 10,1 % azalaraq 52,759 milyon manat, Fransanın korporativ və investisiya bankı "Natixis"ə borcu 18,4 % azalaraq 26,507 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu isə 7,9 % azalaraq 15,25 milyon manat olub.
Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz və illik 1%-lə, KfW illik 0,75%-lə, "Natixis" illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə verib.
Xatırladaq ki, "Azərsu" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi (SİYAHI)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidməti İdarəsində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib. Belə ki, İdarənin rəis müavinləri Həbib Əliyev v
28 aprelDollar saxlayanlara şad XƏBƏR
Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə - 51,1%-ə yüksəlib. Reytinqdə ikinci yerdə böyük fərqlə avro (təxminən 21%) qərarlaşıb. On
26 aprelAzərbaycan gips və anhidrit istehsalını 53 %-dən çox artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 178,1 min ton gips və anhidrit istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,4 % çoxdur. Bu il aprelin 1-nə ölkədə 105,1 min ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki
25 aprelBakının bu ərazisində tramvay şəbəkəsi yaradılır
Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır. Qaynarinfo xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. "Seabrezdə
21 aprelAzərbaycanda bank depozitləri il ərzində 3 % artıb
Bu il aprelin 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 660,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,2 % az, ötən il aprelin 1-nə nisbətən isə 2,9 % çoxdur. Depozi
3 mayAzərbaycanda pambıq mahlıcı istehsalı 16 % artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 40 min 924 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur. Bu il aprelin 1-nə ölkədə 39 min 731 ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki
26 aprelNaxçıvan iqtisadiyyatına kredit qoyuluşu 14 %-dən çox artıb
Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına kredit qoyuluşu 493 milyon 673 min manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur. Kredit qoyuluşunun 326 milyo
9 may