Avtobuslarda qızları hədələyən seksual manyakın cəzası üç il azaldıldı

Avtobuslarda qızları hədələyən seksual manyakın cəzası üç il azaldıldıBakıda avtobuslarda gənc qızlara qarşı seksual xarakterli hərəkətlər etmiş şəxs barəsindəki hökmdən apellyasiya şikayəti verib.

"Qafqazinfo" xəbər verir ki, ötən ilin aprelində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobuslarında bir neçə qıza qarşı oxşar hadisələr törətmiş 1978-ci il təvəllüdlü S.S. ona bəraət verilməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesin yekununda 45 yaşlı şəxsin cəzası doqquz ildən altı ilə endirilib. Belə ki, onunla bağlı Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə çıxarılan hökm ləğv edilib. Bu maddə üzrə ona bəraət verilib. Cinayət Məcəlləsinin 150.2.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi üzrə isə təqsirləndirilən şəxsə altı il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, ötən ilin aprelində Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət edən İ.S. 31 saylı xəttə məxsus avtobusda naməlum şəxsin onun 2005-ci il təvəllüdlü qızına qarşı seksual xarakterli hərəkətlər etdiyini və qızını ölümlə hədələdiyini bildirib.
Bundan sonra əməliyyat-axtarış tədbirləri çərçivəsində Səbail rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan S.S. saxlanılıb. Marşrut avtobuslarından istifadə etməyən şəxsin vaxtaşırı ictimai nəqliyyata daxil olaraq gənc qızlara qarşı iyrənc hərəkətlər etməsi üzə çıxıb. Qızlardan biri, hətta onun fotosunu mobil telefon vasitəsilə çəkərək saxlayıb və daha sonra polisə təqdim edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan cinayət işi üzrə məhkəmə qərarından Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1141   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus

22 sentyabr
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust