Rusiyanın birtərəfli qaydada "Taxıl sazişi"ndən çıxması Azərbaycan bazarına necə təsir edəcək?

Rusiyanın birtərəfli qaydada "Taxıl sazişi"ndən çıxması Azərbaycan bazarına necə təsir edəcək?Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" yenidən qüvvədən düşüb. İyulun 17-də Rusiya sazişdən çıxdığını bəyan edib. Bu sazişə əsasən, Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracı nəzərdə tutulurdu. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bəyan edib ki, razılaşmanın Moskva ilə bağlı hissəsi yerinə yetirildikdən sonra Rusiya dərhal "Taxıl sazişi" ilə bağlı sövdələşməyə qayıdacaq. Bu qərar yenidən dünya taxıl bazarında dalğalanmalara səbəb olub.

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, Rusiya tərəfi, həmişə olduğu kimi, yenə də istənilən kiçik bir elementdən öz xeyrinə istifadə etməyə çalışır:

"Sanksiyaların mümkün qədər yumşaldılmasına nail olmaq yolunda "Taxıl sazişi" Rusiya üçün bir fürsətdir. Hələlik indiki şərtləri bəlli deyil. Amma əvvəlki şərtləri ondan ibarət idi ki, Rusiyanın Kənd Təsərrüfatı Bankı SWİFT sisteminə qaytarılmalıdır. Eyni zamanda, kənd təsərrüfatı texnikasının logistik fəaliyyətinə tətbiq edilən qadağalar ləğv edilməlidir. Həm də Rusiya gəmilərinin limanlara daxil olmasına qoyulmuş qadağanın aradan qaldırılmasını istəyirlər. Rusiya tərəfi qeyd etdiyim hər üç qadağanın aradan qaldırılmasını tələb edirdi. Düşünmürəm ki, ABŞ bu güzəştlərə razı olsun. Mənim fikrimcə, hazırkı vəziyyətdə Rusiya tərəfinə güzəşt olmayacağı təqdirdə belə, yenə də "Taxıl sazişi" uzadılacaq".

E.Əmirov vurğuladı ki, sazişin uzadılmaması ehtimalı azdır:

"Rusiya tərəfi bilir ki, hazırkı vəziyyətdə təklənir və "Taxıl sazişi"ni uzatmaması daha çox təklənməsinə səbəb olacaq. Ehtimal ki, saziş uzadılmayacağı təqdirdə yenidən buğdanın qiymətlərində artımlar olacaq və bu, dünyada xoşagəlməz hallara gətirib çıxaracaq. Lakin bu vəziyyət qısamüddətli olacaq. 2020-ci ildən bəri həmişə beynəlxalq təsisatlar həddindən artıq qorxulu proqnozlar verirlər. İndiki halda narahatlığa heç bir əsas yoxdur. Əgər "Taxıl sazişi" uzadılmasa, o zaman BMT-nin FAO təşkilatı sərt reaksiya verəcək".
Onu qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 145 milyon 565 min ABŞ dolları dəyərində 493 min 210,21 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 1,8 faiz, həcmi isə 23,1 faiz artıb. Ötən ilin ilk 6 ayında Azərbaycana 142 milyon 965 min dollar dəyərində 400 min 748 ton buğda idxal edilib.

İqtisadçı Xalid Kərimli isə bildirdi ki, Ukrayna bu dəhliz vasitəsilə tək taxıl ixrac etmirdi:

"Adı "Taxıl dəhliz"i olsa da, bu xətlə qarğıdalı, günəbaxan yağları da ixrac edilirdi. Nəzər salsaq görərik ki, taxıl istehsalında Hindistan və Çin öndədir. Amma bu ölkələr ixracda o qədər öndə deyillər və istehsal daxili tələbata yönəlib. Müharibəyə qədər isə Ukrayna dünya taxıl ixracında 7-8 faiz paya malik idi. Müharibədən sonra yəqin ki, bu pay azalıb. Dünya ixracındakı 7-8 faizlik rəqəmi saxlasaq və "Taxıl dəhlizi" tam olaraq işləməsə belə, taxıl və duru yağların qiymətində artım olacaq. Lakin burada digər məqam da var, "Taxıl dəhlizi" olmasa da, Ukrayna Polşa və Rumıniya üzərindən Avropa bazarına taxıl ixrac edir. "Taxıl dəhlizi"nin bağlanması Ukrayna taxılının dünya bazarına çıxmaması demək deyil. İkincisi, 2022-ci illə müqayisədə digər müsbət məsələlər də var. Bu da ondan ibarətdir ki, Braziliya, Amerika və Rusiya bu dövrdə taxılın istehsal həcmini və ixracını artırıblar. Yəni, indiki vəziyyət 2022-ci ildəki vəziyyət deyil. Son 12 ayda dünya bazarında taxılın, xüsusən də buğdanın qiymətlərində 25 -30 faiz ucuzlaşma var. Ucuzlaşma hər ay davam edirdi. Elə iyun ayında da 2 faizlik ucuzlaşma var idi. "Taxıl dəhlizi"nin fəaliyyətinin dondurulması bu ucuzlaşmanın dayanması deməkdir. Amma bu, ötənilki kimi faciəvi olmayacaq. Ötən il gözləntilər daha pis idi, dünya taxıl bazarında məhsuldarlıq səviyyəsi o qədər yaxşı deyildi. İndi vəziyyət o yerə çatıb ki, ötən il taxıl ixracına rüsum tətbiq edən Rusiya bu il bu addımı atmayıb. "Taxıl dəhlizi" ilə bağlı vəziyyəti ümumiləşdirsək, deyə bilərik ki, dünyada taxılın qiymətinin ucuzlaşması dayanacaq, amma bu, ötənilki kimi problemli olmayacaq".

X.Kərimli vurğuladı ki, dünya bazarında taxılın qiymətinin ucuzlaşmasının dayanması Azərbaycana da təsir göstərir:

"Misal üçün, taxılın qiyməti baha olanda unun bir kisəsi 40 manat idi, amma indi 25-26 manata düşüb. Çörəyin qiymətini endiriblər və 70 qəpikdən 60 qəpiyə düşüb. Yəni, ucuzlaşma bizdə də müşahidə olunurdu. İndi "Taxıl sazişi"nin dayandırılması bu ucuzlaşmanın dayanması demək olacaq. Düzdür, bizim taxıl təchizatımızın Ukrayna ilə əlaqəsi yoxdur. Biz əsasən Rusiyadan alırıq və buna görə də məhsul qıtlığı problemi olmayacaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2055   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

Qızılın investisiya aləti kimi dəyərinin artması bu sahədə fırıldaqçılıq hallarını da bərabərində gətirir. Alıcılar bəzən aldıqları məhsulun keyfiyyətinə əmin olmaq istəyirlər. Qızılın qiymətinin kəskin bahalaşması bu sahəyə marağı artırmaqla yanaşı, dələduzluq risklərini də yüksəldib. Xüsusilə investisiy

19 aprel
.

Azərbaycan Türkiyədən 4 ayda geyim idxalına 22 milyon dollara yaxın vəsait xərcləyib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 21,612 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur. Təkcə apreldə Türkiyə Azərbaycana 6,103 milyon ABŞ dolları dəyərind

9 may
.

Şahin Bağırovdan iki rəis təyinatı

Dövlət Gömrük Komitəsinin Kürdəmir gömrük postunda yeni təyinat olub. Qaynarinfo-nun məlumatına görə, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə Zaur Quliyev sözügedən postun rəisi vəzifəsinə gətirilib. Şahin Bağırovun digər əmri ilə bir neçə ay əvvəl Biləsuvar Gömrü

15 aprel
.

Azərbaycanda I rübdə ictimai iaşə dövriyyəsi 5 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 630 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,2 % çoxdur. Üç ayda özəl sektorda ictimai iaş

18 aprel
.

Rəqəmsal ödənişlər xərcləri artırır, yoxsa sadəcə rahatlıq yaradır? - AÇIQLAMA

Son illərdə ödəniş vərdişlərində ciddi dəyişikliklər müşahidə olunur. Nağd pul istifadəsi azalarkən, bank kartları və rəqəmsal ödənişlər gündəlik xərcləmələrin əsas vasitəsinə çevrilir. Bəs, nağd puldan istifadə ilə müqayisədə kartla və rəqəmsal ödənişlər daha çox xərcləməyə səbəb olurmu, yoxsa bu yalnı

6 may
.

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 8 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 6,874 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur. Təkcə apreldə Türkiyə Azərbaycana 2,399 milyo

9 may
.

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər ENDİ

Bakıda qızıl bazarında qiymətlərdə son günlər müəyyən azalma müşahidə olunur. Bu barədə -ə paytaxt;n qızıl univermaqlarından birində fəaliyyət göstərən zərgər Aqil İsmayılov bildirib. Onun sözlərinə görə, bazarda ən çox tələb olunan 585 əyyarlı, alıcılar arasında "Türk qızılı" kimi tanına

28 aprel
.

Azərbaycanda bu sektorda orta maaş artıb 1 982 AZN OLDU

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 915,5 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 807,8 manat, özəl sektorda isə 1 982,3 manat olub. 2025-ci ilin eyni dövrü il

15 aprel
.

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 764,275 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur. Dörd ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının

10 may