"Azərbaycan və Ermənistan sülhə münasibətdə bərabər addımlayırlar"- Qabil Hüseynli
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Respublikası Qarabağ əhalisinin taleyini həll edə bilməz və bu il Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalana bilər.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Paşinyanın mövqeyi səmimi idi. Sadəcə narahat edici məqam Rusiyanın mövqeyidir. Rusiya separatçıları dəstəkləyir:
"Zənnnimcə, sülh üçün böyük imkanlar var. Həm Azərbaycan, həm Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması üçün konstruktiv kökləniblər. Ermənistanda müəyyən məqamlarda destruktivlik özünü biruzə versə də, bütövlükdə sülhə münasibətdə bərabər addımlayırlar. Dünən Paşinyan kecirdiyi mətbuat konfransında həm sülh müqaviləsi, həm Ermənistan-Azərbaycan münasibətləri, xüsusilə, Azərbaycanın ərazi bütövlüyü məsələsində yanaşmanı ortaya qoydu. Zənnimcə, onun qoyduğu mövqe səmimi idi. Xüsusilə Qarabağdakı separatçı qüvvələri tənqid etməsi, onların Azərbaycanla inteqrasiya prosesinə keçməsi məsələsi diqqət çəkici idi. Sadəcə bir məqam narahat edir. Avropa Birliyi vasitəçiliyi ilə Brüssel prosesi gedir. Digər yandan da bölgədə hakim olduğunu göstərmək üçün Rusiya paralel sülh yaratma prosesinə qoşulub. Rusiyanın mövqeyi xüsusilə Qarabağ ermənilərinin statusu ilə məsələyə yanaşmaları Azərbaycan üçün əlverişli deyil. Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmətsizlikdir. Amma bütün bunlara baxmayaraq, sülh yaratma prosesinə nikbin yanaşmaq mümkündür və zənnimcə, bu ilin sonlarına doğru sülh müqaviləsi imzalana bilər".
Politoloq həmçinin qeyd edib ki,dünyada heç kim separatçıları dəstəkləmir:
"Dünya erməniləri separatçılıqda müdafiə etmir. Heç Ermənistan belə müdafiə etmir. Bir neçə aventürist, separatçı var ki, erməni kütləsindən təcrid edəcəyik və tədricən bölgədə öz suverenliyimizi qoruyacağıq".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb