"Azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar həbs olunacaqlar"

"Azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar həbs olunacaqlar""Azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar həbs olunacaqlar".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, tarix soyqırımlar və insan faciələrini törədən şəxslərin ittiham kürsüsünə çıxarılmasına şahidlik edib: "1941-1945-cı illərdə alman faşistləri tərəfindən törədilən çoxsaylı cinayətlərin təşkilatçıları müharibə başa çatandan sonra Nyurnberq tribunalına çıxarıldılar və onların əksəriyyəti barəsində cəzalar tətbiq olundu. Ötən əsrin 90-cı illərində Avropa ölkələrində də insanlığa qarşı cinayətlərə əmr verən rəhbərlər cəzalarını aldılar".

Deputat bildirib ki, ötən əsrin 90-cı illərində Ermənistan Azərbaycan ərazilərini işğal edərək kütləvi soyqırımlar törədərək günahsız mülki insanları ancaq azərbaycanlı olduğuna görə qəddarcasına qətlə yetirdi: "Xocalı, Xocavənd, Başlıbel, Meşəli və s. faciələr unudulmur. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bununla yanaşı, azərbaycanlılara qarşı soyqırımlar törədərək öz doğma yurdlarından qaçmalarına zorla məcbur edən şəxslər haqqında Baş Prokurorluqda istintaq tədbirləri davam etdirilir. Bu soyqırımların təşkilatçıları beynəlxalq axtarışa verilib. Təəssüflər olsun ki, azərbaycanlıların qanına əli batmış bu kimi beynəlxalq axtarışa verilmiş şəxslərin xarici ölkələrdə həbs olunması və ölkəmizə təhvil verilməsi halları baş verməyib. Bunu ikili standartların göstəricisi hesab edirəm. Amma Azərbaycan bu axtarışları aktiv saxlayır, ölkəmizin sərhədlərində belə şəxslər müəyyən olunduqda dərhal həbs olunur və istintaqa cəlb edilir. Belə şəxlərdən biri də Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində yaşamış Xaçaturyan Vaqif Çerkezoviç Laçın keçid məntəqəsində yoxlama zamanı müəyyən olunaraq saxlanılıb. Xaçaturyan azərbaycanlıların öldürülməsində, günahsız insanların sağlamlıqlarına ağır xəsarətlər yetirilməsində və əmlakların məhv edilməsində təqsirli bilinərək beynəlxalq axtarışa verilmişdi. Hesab ediərəm ki, zamanı gəldikcə azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar da müəyyən edilərək həbs olunacaqlar. Ötən əsrin 90-cı illərində azərbaycanlılara qarşı hücumlar təşkil edərək soyqırımlar törədən və barələrində beynəlxalq axtarışa sorğu verilmiş digər şəxslərin də həbs olunaraq layiqli şəkildə cəzalandırılması üçün Azərbaycanın müvafiq orqanları fəaliyyətlərini davam etdirəcəklər. Beynəlxalq cinayətlər cəzasız qalmır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1223   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr